Bazar, 9 Avq 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Yaxın Şərq » Suriya » Əş-Şərra Qətər əmiri ilə nələri müzakirə edib?

Əş-Şərra Qətər əmiri ilə nələri müzakirə edib?

Aprel 22, 2026 11:04 səhər
Paylaş
Paylaş

Suriya Prezidenti Əhməd əş-Şərra çərşənbə günü Dohada Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. ArabAZ xəbər verir ki, görüşdə tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər.

Yüksək səviyyəli görüşdə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani, həmçinin hər iki ölkənin digər rəsmi şəxsləri iştirak ediblər.

Müzakirələr müxtəlif sektorlarda, xüsusilə iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə, eləcə də ticarət əlaqələrinin gücləndirilməsinə yönəlib. Prezident Əş-Şərra Suriyanın Qətər və İranın təcavüzündən zərər çəkmiş digər ərəb ölkələri ilə həmrəy olduğunu bir daha təsdiqləyib. Görüşdə həmçinin son regional və beynəlxalq hadisələr, regionda təhlükəsizlik və sabitliyin qorunması üçün səylərin əlaqələndirilməsi yolları nəzərdən keçirilib.

Bu görüş Suriyanın regional tərəfdaşları ilə son vaxtlar artan yüksək səviyyəli diplomatik təmaslarının davamıdır. Belə ki, çərşənbə axşamı Ciddədə Prezident Əhməd əş-Şərra ilə Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında keçirilən danışıqlarda da əsas diqqət iqtisadi və investisiya sektorları başda olmaqla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə yönəlmişdi.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Qətər

Qətərdə yalnız bu taksilərdən istifadə edin – Dövlət xəbərdarlıq etdi

Müəllif:
ArabAZ News
Qətər

Doha rəqəmsal mərkəzə çevrilir

Müəllif:
mail.azerpress@gmail.com
Redaktorun seçimiSuriya

Suriyada qızıl və valyuta ticarəti rəqəmsallaşır

Müəllif:
mail.azerpress@gmail.com
Qətər

Dohadan biznesə dəstək-Yeni paket açıqlandı

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.