Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Suriyada qızıl və valyuta ticarəti rəqəmsallaşır

Aprel 23, 2026 3:51 axşam
Paylaş
Paylaş

Suriya Mərkəzi Bankı Dəməşqdə valyuta və qızıl əməliyyatlarını tək dam altında toplayacaq elektron bazarın yaradıldığını elan edib. Bank bu addımın maliyyə şəffaflığını artırmaq və bazardakı qeyri-sabitliyi azaltmaq məqsədi daşıdığını bildirib.

Suriya Mərkəzi Bankı pul siyasətinin inkişaf etdirilməsi və maliyyə sabitliyinin gücləndirilməsi çərçivəsində Şam Valyuta və Qızıl Bazarının fəaliyyətə başladığını açıqlayıb. Sözügedən addımın 2025-ci il tarixli 189 saylı Nazirlər Kabineti Qərarı çərçivəsində həyata keçirilən genişmiqyaslı strategiyanın ikinci mərhələsini təşkil etdiyi qeyd olunub.

Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Həsriyə sosial media hesabından etdiyi açıqlamada, yeni elektron bazarın beynəlxalq standartlara uyğun şəkildə Suriyada növünün ilk nümunəsi olacağını ifadə edib. Əl-Həsriyə bazarın əsas məqsədinin ticari əməliyyatları tənzimləmək, qiymət istinadlarını birləşdirmək və tələb-təklif balansını daha şəffaf və sürətli şəkildə əks etdirmək olduğunu vurğulayıb. Bu vasitəsilə bazarlardakı pozuntuların azaldılmasının hədəfləndiyini qeyd edib.

Açıqlamada sözügedən platformanın etibarlı və davamlı yenilənən məlumatlar təqdim edərək şəffaflığı artıracağı, investor inamını dəstəkləyəcəyi və nəzarətsiz spekulyasiyaları azaldacağı bildirilib. Həmçinin, uzun illərdən sonra ilk dəfə “qara bazar” və paralel bazar strukturlarını aradan qaldırmağa töhfə verəcəyi gözlənilir.

Mərkəzi Bankın sədri bazarın beynəlxalq standartlara uyğun rəqəmsal platforma üzərindən idarə olunacağını və aidiyyəti tərəflərin iştirakı ilə müasir əməliyyat mühitinin yaradılacağını bildirib. Bu strukturun valyuta və qızıl bazarının effektivliyini artıraraq pul sabitliyi hədəflərinə xidmət edəcəyi vurğulanıb. Əl-Həsriyə həmçinin bu addımın valyuta bazarının və müvafiq maliyyə peşələrinin yenidən qurulmasına yönəlmiş bir sıra tənzimləmələrin tərkib hissəsi olduğunu ifadə edərək, bankın iqtisadi dirçəlişi dəstəkləmək və bazarlarda tarazlığı təmin etmək məqsədilə fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimi

Qətər dünyanın ən zəngin 10 ölkəsi arasındakı yerini qoruyub saxlayıb

Müəllif:
ArabAZ News
İraqRedaktorun seçimi

İraq Bakıdan dünyaya çağırış etdi

Müəllif:
ArabAZ News
Redaktorun seçimiTəhlil

İspaniya Avropanın şərəfini xilas etdi

Müəllif:
mail.azerpress@gmail.com
QətərSuriyaYaxın Şərq

Qətərin daxili işlər naziri suriyalı həmkarı ilə görüşüb

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.