Ər-Riyad,ArabAZ

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz çərşənbə günü Fələstin məsələsinin ölkəsi üçün əsas aktual məslələrdən başlıcası olduğunu bildirib. ArabAZ xəbər verir ki, o Ər-Riyadın İsrailin işğalçı hakimiyyətinin Fələstin xalqına qarşı cinayətlərini qəbul etmədiyini və  bu cinayətləri qətiyyətlə pislədiyini vurğulayıb.

O, Səudiyyə Ərəbistanının paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində yorulmaz fəaliyyətini dayandırmayacağını vurğulayaraq, onsuz İsraillə diplomatik əlaqələr qurmayacağını vurğulayıb. Vəliəhd Fələstini tanıyan ölkələrə təşəkkürünü bildirib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version