ƏR-RİYAD,ArabAZ
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, baş nazir Məhəmməd bin Salman ölkəsinin İsrailin Qəzzaya hücumlarını qəti şəkildə rədd etdiyini və Səudiyyə Ərəbistanının Livanın yanında olduğunu və torpaqlarını qoruduğunu deyib. ArabAZ xəbər verir ki, o İsrailin Livan ərazisini hədəfə alan hərbi əməliyyatlarını qınadığını bildirib,Livanın təhlükəsizliyi və sabitliyinə təhdid, ərazi bütövlüyünün pozulması və vətəndaşlarının didərgin salınmasını qarşı olduğunu vurğulayıb.
“Bu sammit İsrailin qardaş Fələstin xalqına qarşı davam edən günahkar hücumları və qardaş Livan Respublikasına hücumların əhatə dairəsinin genişləndirilməsi fonunda əvvəlki birgə sammitin davamı olaraq keçirilir”-deyə Şahzadə Məhəmməd bin Salman bazar ertəsi paytaxt Ər-Riyadda keçirilən fövqəladə Ərəb-İslam sammitində çıxışı zamanı deyib.