Bakı,ArabAZ
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan hücumlarını davam etdirən İsrailin ABŞ və Qərb dövlətlərinin dəstəyini aldığını bildirib.
ArabAZ xəbər verir ki , Fidan bu fikirləri qonaq olduğu bir televiziya proqramında deyib.
“Beynəlxalq sistem bir araya gəlib bunu çox gec olmadan dayandırmalıdır. Ya da İsrailin içindən olan ağıllı adamlar ortaya çıxıb bu çılğınlığı dayandırmalıdır. Bu təkcə fələstinlilərə zərər vermir, həm də İsrail vətəndaşlarının gələcəyini girov qoyur”,- deyə Fidan bildirib.