QÜDS,ArabAZ

HƏMAS-ın Qəzza zolağında saxladığı girovların qohumları bazar ertəsi İsrailin baş naziri Binyamin Netanyahunun Qüdsdəki evinin qarşısında nümayiş keçirərək, HƏMAS ilə razılıq əldə olunmasını tələb ediblər.ArabAZ xəbər verir ki, nümayiş təşkilatçıları bəyanatda qeyd ediblər ki, qış mövsümünün yaxınlaşması bu məsələni aktuallaşdırır.

 “Netanyahu və komandası ictimai rəyi çaşdırmağa çalışarkən, 101 girov qeyri-mümkün şəraitdə ölümlə üz-üzədir. ”-deyə nümayişçilər bildirib.

Netanyahu opponentlərinin müharibəni lazımsız yerə uzatmaqda və beləliklə də girovların azad edilməsini gecikdirməkdə ittihamları ilə üzləşir.

İsrailin baş naziri HƏMAS ilə istənilən razılaşmanı rədd etməsi üçün hakim koalisiyadakı ekstremist və sərt dini tərəfdaşlarının təzyiqi altındadır.

Netanyahunun tənqidçiləri deyirlər ki, o, hakimiyyətdən getdikdən sonra korrupsiya ittihamı ilə mühakimə olunacağından qorxaraq nəyin bahasına olursa olsun hökumətinin süqutundan qaçmağı hədəfləyir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version