QÜDS,ArabAZ
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrailin baş naziri Binyamin Netanyahuya məktub göndərərək, İsrailin Qəzzaya yardım göstərmək üçün vacib olan Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım Agentliyinə (UNRWA) qadağa qoymasına etiraz edib. ArabAZ xəbər verir ki, Netanyahu Quterreşin məktubunu sadəcə olaraq iqnor edib.
Məktubda Qutteriş UNRWA-nın vacibliyə toxunaraq onun bağlanmasının doğru olmadığını bildirib.
Məktubda o da qeyd edilib ki, hər hansı bir qurumun bağlanması qərarı verildiyi zaman qərarın qüvvəyə minməsi üçün 90 gün vaxt verilir, amma İsrail bunu etməyib.
Qeyd edək ki, 28 oktyabrda İsrail parlamenti ABŞ-ın etirazına baxmayaraq, UNRWA-nın İsraildə və işğal olunmuş Şərqi Qüdsdə işləməsini qadağan edən qanun qəbul edib. Knesset üvzlərindən 92 –si bunu dəstəkləyib , 10 üzv isə əleyhinə səs verib.
UNRWA 70 ildən artıqdır ki, fələstinlilərə həyati əhəmiyyətli yardım göstərir və ona qarşı bu “qalmaqallı” tədbiri pisləyib.