BEYRUT, ArabAZ
ABŞ-nin vitse-prezidenti, prezident seçkilərində namizədliyini irəli sürən Kamala Harris, İsrailə və İranın yürütdüyü siyasətə etinasız yanaşmaqda ittiham olunub.
ArabAZ xəbər verir ki, müsahibə zamanı Harrisin Yaxın Şərqlə bağlı suallardan yayınması İsrail mediası tərəfindən xoş qarşılanmayıb.
Aparıcının “İsarilin Baş naziri Netanyahu ilə yaxın bir müttəfiqliyiniz varmı?” sualına Harris verdiyi cavabda “Düşünürəm ki, daha yaxşı sual belədir: Amerika xalqı ilə İsrail xalqı arasında vacib bir ittifaq varmı? Və bu sualın cavabı bəli”-deyə bildirib.
Harrisin bu cavabı bəzi İsraillilər tərəfindən İsrail xalqı ilə Netanyahu arasında fərq qoymaq kimi qarşılanıb.
Harris İsrail siyasətini bilməməkdə, və ya İsrailə qarşı etinasız yanaşmaqda ittiham olunub.
Harrisin İrana münasibəti də diqqət çəkib. Harris “ABŞ-nin ən böyük rəqibi kimdir” sualına Çindən öncə İranın adını çəkib, lakin İrana qarşı hansı tədbirləri görəcəyini açıqlamaqdan imtina edib.
Həmçinin o, İranın nüvə siyasətinə qarşı mübarizə aparmaq əsas prioritetlərindən biri olduğunu desə də, fəaliyyət planına nələrin daxil olduğunu bildirməyib.
Həmçinin İranın nüvə planlarını pozmaq üçün “hərbi müdaxilə” edib-etməyəcəyi ilə bağlı verilən suala “Mən bu məsələlər haqqında danışmayacağam”-deyə cavab verib.
Biden-Harris administrasiyası dövründən etibarən Tehranın uranın zənginləşdirilməsini 60%-ə çatdırdığı, neft hasilatını dörd dəfə artırdığı deyilib.
İsrail mediasında hazırlanan məqalələrdə İranın Harrisin qalibiyyətindən məmnun olacağı, keçmişdə prezidentliyi dövründə İran iqtisadiyyatına zərər vuran prezidentliyə namizəd Donald Trampın seçilməsindən isə qorxduğu deyilib.