Bakı,ArabAZ
İsrailin baş naziri Fələstin qrupunun danışıqlarda “hər şeyi rədd etdiyini” iddia etdikdən sonra HƏMAS cümə axşamı Benyamin Netanyahunu Qəzza zolağında atəşkəs razılaşmasını “mane” etmək Cəhdində günahlandırıb.
ArabAZ xəbər verir ki, HƏMAS bildirib ki, yeni sazişə ehtiyac yoxdur, çünki onlar aylar əvvəl ABŞ prezidenti Co Baydenin qeyd etdiyi atəşkəsə razılaşıblar.
“Bizim yeni təkliflərə ehtiyacımız yoxdur”, – qrup Telegram-da bildirib.
“Biz xalqımıza qarşı təcavüzü uzatmaq üçün danışıqlardan istifadə edən Netanyahunun və onun hiylələrinin tələsinə düşməmək barədə xəbərdarlıq edirik”, – HƏMAS-ın bəyanatında deyilir.