Cümə axşamı, 25 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

HINDAMME Moda və tarixi qovuşdurur

May 5, 2026 5:51 axşam
Paylaş
Paylaş

Səudiyyə Ərəbistanının tanınmış moda brendi “HINDAMME” və Əl-Ula Sənət İdarəsinin “Madrasat Addeera” mərkəzi arasında qurulan yeni əməkdaşlıq çərçivəsində Krallığın qədim irsi müasir dizaynla birləşdirilərək məhdud sayda xüsusi kolleksiya hazırlanıb.

ArabAZ xəbər verri ki, Səudiyyəli kreativ dizayner Məhəmməd Xoca tərəfindən dizayn edilən və “Madrasat Addeera” sənət mərkəzinin 26-dan çox sənətkarı ilə birgə ərsəyə gətirilən bu kolleksiya, müxtəlif materiallardan hazırlanmış abaya və köynəklərdən ibarətdir. Hər bir parça Əl-Ulanın sivilizasiyaların tarixi kəsişmə nöqtəsi kimi kimliyini əks etdirir və bölgədəki qədim qayaüstü rəsmlərdən (petroqliflər) ilhamlanan motivləri özündə birləşdirir.

Kolleksiyada eramızdan əvvəl birinci minilliyə aid edilən Dadanit və Lihyanit mətnlərinin “açıq səma altındakı arxivi” sayılan Cəbəl İkmahın kitabələrinə istinadlar xüsusi yer tutur.
Bu tarixi elementlər morinqa bitkisi və Ərəb oriksi kimi yerli flora və fauna təsvirləri ilə vəhdət təşkil edərək, mədəni və təbii irsi “geyinalı sənət əsərinə” çevirir.

Əl-Ulanın “AlJadidah” sənət məhəlləsində yerləşən “Madrasat Addeera” layihədə mərkəzi rol oynayır. Bir zamanlar bölgənin ilk qızlar məktəbi olmuş bu məkan, sonradan ənənəvi sənətkarlığın qorunub saxlanılması və inkişaf etdirilməsinə xidmət edən incəsənət və dizayn mərkəzi kimi yenidən formalaşdırılıb.

Əl-Ula Kral Komissiyasının incəsənət və yaradıcı sənaye üzrə direktoru Həməd Əl-Humeydan bildirib ki, Əl-Ula hər zaman ilham və yaradıcılıq mənbəyi olub və bu irs bölgənin təbiəti ilə birlikdə yeni kolleksiyada həyata vəsiqə alıb. Layihə Məhəmməd Xoca ilə Əl-Ula arasındakı davamlı əlaqələrin yeni mərhələsidir; belə ki, dizaynerin 2019-cu ildə Əl-Uladan ilhamlanaraq hazırladığı əvvəlki kolleksiyası Səudiyyə Ərəbistanı Milli Muzeyində nümayiş etdirilmişdi.

Xoca qeyd edib ki, bu kolleksiya irsin şüşə arxasında qorunan bir şey deyil, təkamül edən, geyinilən və gələcəyə daşınan bir dəyər olduğunu sübut edir. O, sənətkarların bilik və intuisiyasının kolleksiyaya xüsusi dərinlik və orijinallıq qatdığını vurğulayıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab+ArabShowMərakeşŞimali Afrika

Mərakeş istehsalı “Həlimə” filmi mükafatlar qazandı

Müəllif:
ArabAZ News
Arab+ArabShow

BOOMAH filmi Şanxay festivalında premyera edəcək

Müəllif:
ArabAZ News
Arab+ArabLyrics

Livan və Azərbaycanı birləşdirən mahnı

Müəllif:
ArabAZ News
Arab SportArab+ArabShow

Nora Əl-Şeyx futbol azarkeş geyimini yenidən dizayn edir

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.