BERYRUT,ArabAZ
İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü Fransa mətbuatına bildirib ki, İbrani dövləti Hizbullahın yeraltı tunellər vasitəsilə hücum etmək üçün hazırladığı planı ifşa edib.ArabAz xəbər verir ki, Netanyahu onu da qeyd edib ki Hizbullah bu hücum üçün raket və yolsuzluq vatomobillərindən istifadə edəcəkdi.
Netanyahu bildirib ki, bu planın qarşısı alınmasaydı, onun zərəri HƏMAS hərəkatının 7 oktyabrda İsrailin cənubuna misli görünməmiş hücumunda İbrani dövlətinə vurduğu ziyandan daha çox olacaqdı.
“Sərhəddən yüz-iki yüz metr aralıda İsraili işğal etmək üçün hazırlanan tunellər tapdıq, bu, 7 oktyabrdan daha böyük hücum olacaqdı. Tunellərdə dörd təkərli, motosiklet və eləcə də raketlər vardı. BU Hizbullahın İsraili işğal planının bir hissəsi idi.”-deyə o bildirib.