BEYRUT,ArabAZ
İsrail ordusunun sözçüsü Hizbullahın İcraiyyə Şurasının rəhbəri Haşim Safi əd-Dinin öldürüldüyünü açıqlayıb. ArabAZ xəbər verir ki, İsrail ordusu Haşim Safi əd-Dinin təxminən 3 həftə əvvəl 25 nəfərlə birlikdə şəhərətrafı əraziyə basqın zamanı öldürüldüyünü təsdiqləyib.
“Hərbi Kəşfiyyat İdarəsinin kəşfiyyat rəhbərliyi altında Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Beyrutun cənub ətraflarında bunkerdə yerləşən Hizbullahın Kəşfiyyat guşəsinin qərargahına basqın etdi. Komandanlıq qərargahında Hizbullahın kəşfiyyat heyətinin 25-dən çox üzvü, o cümlədən kəşfiyyat heyətində hava yığıncağına cavabdeh olan Saeb Ayyaş və Hizbullahın Suriyadakı kəşfiyyat heyətinə məsul olan Mahmud Məhəmməd Şahin və Hizbullahın İcraiyyə Şurasının rəhbəri Haşim Safi əd-Din də var idi”-deyə İsrail ordusunun mətbuat katibi bildirib.