Çərşənbə, 15 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » İdlibdə 14 il sonra Rum Pravoslav Kilsəsində ibadət edildi

İdlibdə 14 il sonra Rum Pravoslav Kilsəsində ibadət edildi

İyul 11, 2026 2:18 axşam
Paylaş
Paylaş

Suriyanın İdlib vilayətinin Əl-Ğassaniyə kənd sakinləri 14 illik məcburi didərginlikdən sonra doğma yurdlarına geri dönərək “Müqəddəs Georgi Rum Pravoslav Kilsəsi”ndə ilk rəsmi ibadətlərini reallaşdırıblar.

ArabAZ xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, İdlibin qərbində yerləşən kəndin xristian sakinləri Suriya inqilabının ilk illərində Əsəd rejiminin ağır bombardmanları səbəbindən Laziqiyyə, Hələb və Homs kimi bölgələrə sığınmalı olmuşdular. Hazırda onlarla ailənin geri qayıtması ilə kənddə həyat yenidən bərpa olunur.

Kilsədə təşkil olunan ilk liturgiya (dini ayin) zamanı çıxış edən Laziqiyyə Rum Pravoslav Yeparxiyasının yepiskopu Atanasiat bildirib ki, Əl-Ğassaniyə sakinləri torpaqlarına qayıdan kimi ilk növbədə öz böyük evlərini – kilsəni ibadətə hazırlamaq istəyiblər: “Bu kilsə icmanın ilk evi, bərəkət mənbəyi və kənddə həyatın yenidən canlanmasının təməlidir.” Yepiskop kilsə binasının dağıntılardan təmizlənməsində və ibadət zalının bərpasında əməyi keçən, maddi-mənəvi dəstək olan hər kəsə rəsmi təşəkkürünü bildirib.

42 ailə geri dönüb: Yenidənqurma işləri davam edir

Əl-Ğassaniyə bələdiyyə sədri Abdulla İbrahim kənd sakinlərinin təxminən 9 ay əvvəl geri qayıtmağa başladıqlarını və evlərin təmirindən sonra artıq 42 ailənin rəsmən yerləşdiyini açıqlayıb. İbrahim “Syria Now” agentliyinə verdiyi bəyanatda bələdiyyənin xüsusi yenidənqurma təşəbbüsü başlatdığını qeyd edib:

Sakinlərin könüllü ianələri hesabına 15 ailənin evi təmir edilib və günəş enerjisi panelləri ilə təchiz olunub. Bununla yanaşı humanitar təşkilatların dəstəyi ilə daha 12 ailənin mənzil şəraiti bərpa edilib.  Mülki Müdafiə (Ağ Dəbilqəlilər) qüvvələri tərəfindən kənddəki dağıntı və qəza qalıqlarının daşınması layihəsi icra olunur.

Bələdiyyə sədri kənd yollarının yaxşı vəziyyətdə olduğunu və küçələrin günəş enerjisi ilə işıqlandırıldığını bildirsə də, hələ də tamamilə dağılmış vəziyyətdə olan 42 yaşayış evinin bərpası üçün beynəlxalq təşkilatları kömək etməyə çağırıb.

Qeyd edək ki, nəzdində Rum Pravoslav, Latın (Katolik) və İncil (Protestant) kilsələrini barındıran strateji Cisr əl-Şuğur rayonunun Əl-Ğassaniyə kəndi, müharibə dövründə aviasiya zərbələri nəticəsində ağır dağıntılara məruz qalmışdı.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İordaniyaYaxın Şərq

İordaniyada işsizlik səviyyəsi ən aşağı həddədir

Müəllif:
ArabAZ News
LivanSəudiyyə ƏrəbistanıYaxın Şərq

Səudiyyə Livana tətbiq etdiyi qadağanı ləğv edib

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSuriyaTəhlilYaxın Şərq

Fransa Suriyanın yenidən qurulmasında necə iştirak etmək istəyir

Müəllif:
ArabAZ News
İordaniyaRedaktorun seçimiYaxın Şərq

 İordaniya yuxarı-orta gəlirli ölkələr sırasına yüksəldi – Dünya Bankı

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.