Çərşənbə axşamı, 21 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Yaxın Şərq » İordaniyada “Ahlan Jordan” platforması istifadəyə verilib

İordaniyada “Ahlan Jordan” platforması istifadəyə verilib

İyul 20, 2026 11:50 səhər
Paylaş
Paylaş

İordaniya Turizm və Arxeologiya Nazirliyi ilə Turizm Şurası, turizm assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində bütöv funksionallığa malik “Ahlan Jordan” rəqəmsal platformasını istifadəyə verib. İordaniya Səyahət və Turizm Agentlikləri Cəmiyyətinin rəhbəri Mahmud Xasavneh “Al Mamlaka” televiziyasına bildirib ki, təşəbbüsün əsas məqsədi turizm sektoruna dəstək olmaq və regional çağırışların səyahət sahəsinə mənfi təsirlərini azaltmaqdır.

İordaniya əhalisinin sayı 12 milyon nəfəri keçib

ArabAZ xəbər verir ki, ərəb və ingilis dillərində fəaliyyət göstərən platforma ziyarətçilərə səfərlərini planlaşdırmaq və bron etmək üçün vahid pəncərə xidməti təqdim edir. Portalda adambaşına qiyməti 180 dollardan başlayan, 3 gündən 8 günədək dəyişən müxtəlif səyahət proqramları təklif olunur. Bu paketlərə mehmanxanada gecələmə, nəqliyyat, bələdçi xidmətləri və bir neçə arxeoloji əraziyə giriş biletləri daxildir.

Otel sıxlığını artırmaq məqsədilə bütün təşviqat paketlərinə turizmin zəifləməsindən ciddi əziyyət çəkən Petra şəhərində azı bir gecə qalmaq şərti qoyulub. Platforma qədim şəhərdə iqtisadi fəallığı canlandırmaqla yanaşı, turistləri Krallığın digər məkanlarını da kəşf etməyə həvəsləndirir.

Birinci mərhələdə “Ahlan Jordan” platforması Fələstin, Suriya, Misir, İraq, Küveyt, Livan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan turistləri hədəfləyir. Gələcəkdə isə mənbə bazarlarını şaxələndirmək və davamlı artımı təmin etmək üçün yeni beynəlxalq bazarlara, xüsusən Afrika ölkələrinə çıxış nəzərdə tutulub. Platformanın açılışı əvvəlcə aprel ayına planlaşdırılsa da, bir neçə bazar üçün tam texniki hazırlığı təmin etmək məqsədilə iyul ayına keçirilib.

Turizm rəsmiləri vurğulayıblar ki, platforma İordaniyanın təhlükəsiz, qonaqpərvər və əlçatan bir məkan kimi rəqabət qabiliyyətini saxlamaq üçün rəqəmsal həllərdən istifadə edir. Bu təşəbbüs İordaniyanın 7.04 milyon ziyarətçi qəbul etdiyi və 5.523 milyard İordaniya dinarı (7.6 faiz artım) gəlir əldə etdiyi 2025-ci ildəki güclü nəticələrin ardınca reallaşdırılıb.

Əmman Fond Birjasında əcnəbilərin payı 46,4 faizə çatıb

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

LivanRedaktorun seçimiYaxın Şərq

İsrail ilə razılaşma Livanı daxili müharibəyə apara bilər-Bərri

Müəllif:
ArabAZ News
FələstinQətərYaxın Şərq

Qətər və Yaponiya Qəzzanın bərpası planlarını müzakirə ediblər

Müəllif:
ArabAZ News
İordaniyaYaxın Şərq

Əmman Fond Birjasında əcnəbilərin payı 46,4 faizə çatıb

Müəllif:
ArabAZ News
QətərSuriya

Suriya və Qətər regionda sabitliyi dəstəkləyir

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.