TEHRAN,ArabAZ

İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan ölkənin cənub sərhədlərinə, Fars körfəzi sahillərinə köçürülməsi planları üzərində işə başladıqlarını açıqlayıb. ArabAZ xəbər verir ki, İran mediasında yer alan xəbərlərə görə,Pezeşkian dünən Xatəmül Ənbiya Qərargahına etdiyi çıxışda keçmişdə müzakirə edilən paytaxtın Tehrandan köçürülməsi məsələsini bir daha gündəmə gətirib.

Tehranı paytaxt kimi saxlamağın bəzi səbəblərdən, xüsusilə də iqtisadi səbəblərdən qeyri-mümkün hala gəldiyini düşündüyünü dilə gətirən İran prezidenti, “Ölkənin paytaxtı Tehran həll olunmaz problemlərlə üzləşib. Nə etsək də, vaxt itiririk. Ona görə də ölkənin iqtisadi və siyasi mərkəzini cənuba, dənizə yaxın yerə köçürməliyik.Onu daşımaqdan başqa çarəmiz yoxdur”-deyə bildirib.

Pezeşkian, Birinci vitse-prezident Məhəmməd Rıza Arifə paytaxtın köçürülməsi planlarını təqib etmənin tapşırıb.

“Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkənin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər” –deyə İranın yeni  prezidenti bildirib.

Təxminən 20 milyon əhalisi olan İranın paytaxtının Tehrandan başqa şəhərə köçürülməsi planı ilk dəfə 2013-cü il dekabrın 25-də 290 yerlik parlamentdə 110 deputatın səsi ilə qəbul edilib. Plan çərçivəsində yaradılan şura paytaxt üçün “ən yaxşı alternativin harada olacağı” ilə bağlı araşdırmalar aparırdı. Bu məsələ ilə bağlı indiyədək heç bir addım atılmayıb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version