Beyrut,ArabAZ
Hal hazırda Həsən Nəsrullah həm İran üçün həm də İsrail üçün “Bİr nömrəlidir” , Nəsrullah İsrailin hədəf listəsində birinci, İranın isə qorumaq istədiyi adamların listəsində birinci yerdədir.

Cümə günü İsrailin Beyrutun cənub bəlgələrini raket atəşinə tiutub.İsrail Hizbnullah baş ofisini bombalayıb, hədəf isə Hizbullahın uzun illərdin gizli , həta yeraltında yaşayan liderinin məhvi idi. Bombardmanın fonunda Hizbullah Nəsrullahın sağ olduğunu və yaralanmadığını bildirib.

Həsən Nəsrullah artıq 2011-ci ildə Aşura yürüşü zamanı minlərlə tərəfdarını qarşısınıda çıxışından sonra bir dəfə də olsun geniş ictimasiyyətdə görünməyib.

Son dəfə o İsrail bombardmanı öncəsi Beyrut küçələrində asılan böyük ekranlarda “Təlimlərin və silhalanmanın” artdığını deyib.  

Nəsrullah 2014-cü ilin avqustunda mətbuata verdiyi müsahibədə demişdi: “İsraillilər fikrini təbliğ edirlər. Mən insanlardan uzaq bir sığınacaqda yaşayıram, ona görə də mən onları görmürəm və onlarla əlaqə saxlamıram, hətta qardaşlarıma ( Hizbullah üzvləri ) əlaqəm kəsilib.Təhlükəsizlik tədbirləri dedikdə, hərəkətin məxfiliyi nəzərdə tutulur, lakin bu, mənim hərəkətimə qətiyyən mane olmur.”


Zaman-zaman onun Livana səfər edən İranın rəhbərlik səfər sonrası “müqavimət oxu” adlandırılan liderlərlə şəkilləri dərc olunur və o, Nəsrullahda “ailə fotosunda” yer alır.

Son illərdə onunla görüşən rəsmilər və jurnalistlər, Hizbullahın təhlükəsizlik işçilərinin sərt tədbirlər şəraitində və şüşələri qalın pərdələrlə örtülmüş avtomobillərdə onları hansı yerə apardıqlarını bilmədiklərini söylədilər.

Onu tanıyanlar və ekspertlər deyirlər ki, sıx saqqalı ağarmış əmmaməli din xadimi xüsusilə dini və siyasi məsələlərdə geniş biliyə malikdir. O, natiqdir və uzun müddət çəkinmədən, kəkələmədən danışmağı bacarır.

Onun opponentlərinə gəlincə, onun tez-tez sağ şəhadət barmağını qaldırmaqla müşayiət olunan çağırışlı tonunu tənqid edir və bunu Livanın daxili məkanına hədə-qorxu gəlmək hesab edirlər.

Tərəfdarları arasında onun toxunulmaz aurası var, Nəsrullah radikal şiələr üçün əsla və əsla toxunulmazdır və onun səhvləri haqda sadəcə olaraq düşünmək olmaz. “O səhvlərdən münəzzəhdir” əsasən Hizbullah və fanatik şiələr arasında hakim fikirdır. Onu 1997-ci ildə Livanın cənubunu işğal edən İsrail qüvvələri ilə döyüşlər zamanı öldürülən böyük oğlunun şərəfinə “Seyyid” və ya “Əbu Hadi” adlandırırlar.

Livanda kiminsə onu tənqid etməyə və ya ona qarşı çıxmağa cəsarət etməsi nadirdir. Elə olub ki, bəzi insanlar xalq etirazları zamanı onu küçədə tənqid edib, sonra üzr istəyib və təzyiqlərə məruz qaldıblar.

Livandakı siyasi rəqibləri onu İrandan asılı olmaqda və ölkədə sülh və müharibə qərarlarına nəzarət etməkdə, Livan hökumətlərini marginallaşdırmaqda ittiham edirlər.

Nəsrullah 1992-ci ildə sələfi Abbas əl-Musəvini, həyat yoldaşı, uşağı və digər insanları Livanın cənubunda hava hücumu zamanı İsrail tərəfindən qətlə yetirməsindən sonra partiyanın baş katibi seçilib.

Onun hakimiyyəti dövründə Hizbullah Tehranın böyük dəstəyi ilə hərbi imkanlarını inkişaf etdirdi, onu pul və silahla təmin etdi. İndi o, İsrailə qarşı ağrılı zərbələr endirməyə qadir olduğunu təsdiqləyən qabaqcıl dəqiqlikli silahlara malikdir.

Nəsrullah deyir ki, onun partiyasına 100 min döyüşçü var. Partiyanın həm də tərəfdarlarına xidmət göstərən, populyarlığını gücləndirən təhsil, sosial, səhiyyə müəssisələri var.

Hizbullah Livanda 1978-ci ildən 2000-ci ilin mayına qədər ölkənin cənubunda geniş əraziləri işğal edən “İsrailə müqavimət göstərmək” bəhanəsi ilə vətəndaş müharibəsi bitdikdən sonra (1975-1990) silahlarını saxlayan yeganə birləşmədir. Ekspertlərin fikrincə, Hizbiullahın livan ordusunun silahlarından daha böyük arsenal var.

Hizbullah, təxminən 30 il davam edən işğaldan sonra İsraili 2000-ci ildə Livandan çıxmağa vadar edən əməliyyatların başı olaraq görülür. Bundan sonra Nəsrullah tərəfdarları arasında böyük nüfuz qazandı.

Onun populyarlığı 2006-cı ildə 33 gün davam edən müharibə zamanı güclənib.

Müharibə bitdikdən sonra o, kütləvi dağıntılara məruz qalan Livanın cənub vilayətlərində minlərlə tərəfdarı qarşısında çıxış edərək, İsrail üzərində qələbəsini elan etdi.

Lakin Livan və ərəb ölkələrinin geniş təbəqəsi onu İrandan asılı olmaqda, daxildə silahdan istifadə etməkdə və Livanın siyasi qərarlarına nəzarət etməkdə günahlandırdığı üçün sonradan Livanda və əsasən də ərəb dünyasında onun populyarlığı azaldı.

Beynəlxalq məhkəmə Hizbullahı keçmiş baş nazir və sünni lideri Rafik Həririni 2005-ci ilin fevralında Beyrutda törədilən böyük partlayışla qətlə yetirməkdə ittiham edib.

Hizbullah 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan və dağıdıcı hadisənin hallarını müəyyən etmək üçün istintaqa maneçilik törədir.

Ərəb ölkələrində Hizbullah 2011-ci ildən bəri davam edən qanlı qarşıdurmada Suriyada döyüşdüyü, Yəməndə husi üsyançılarını dəstəklədiyi və İraqda döyüşdüyü üçün tənqid edilir.

Oktyabrın 7-də İsrail və HƏMAS arasında Qəzzada müharibənin başlamasından sonra, hərəkatın İsrailin cənubuna misli görünməmiş hücumundan sonra Həsən Nəsrullah Qəzzaya və müttəfiqi HƏMAS -a “dəstək” cəbhəsi elan etdi.

Hizbullah və İsrail arasında qarşıdurma təxminən bir həftə əvvəl İsrailin əməliyyatlarının mərkəzini Qəzza zolağından şimal cəbhəsinə köçürəcəyini elan etməsindən sonra kəskinləşib.

Keçən həftə etdiyi son çıxışında Nəsrullah etiraf edib ki, İsrail partiyanın minlərlə rabitə cihazını partlatdıqdan sonra partiyası “böyük zərbə” alıb.

Nəsrullah şəxsi  həyatından çox danışmır. O, 1960-cı il avqustun 31-də Beyrutun şimal ətrafındakı Burj Hammudda məşhur məhəllədə anadan olub. O, ölkənin cənubundakı Bazuriyə şəhərindən didərgin düşmüş bir ailənin 9 övladından biridir.

1978-ci ildə keçmiş prezident Səddam Hüseyn şiə fəalları sıxışdırdığı zaman ölkədən qovulmazdan əvvəl Nəcəfdəki seminariyalarda 3 il dini təhsil alıb.

O, siyasi fəaliyyətlə məşğul olub, “Livan Müqavimət Alayları” (Əmal Hərəkatı) sıralarında təcrübə toplayıb, lakin 1982-ci ildə bir çox həmkarları ilə birlikdə bu qrupdan ayrılaraq “Hizbullah”ın yaradılmasında iştirak edib .
 O əsasən Hizbullaha bura döyüşçülərin səfərbər edilməsi və hərbi hücrələrin yaradılması ilə məşğul olub. O, Fatimə Yasinlə evlidir və onların 5 övladı var.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version