Bakı. AzerVoice:
PKK ilə mübarizə İnkişaf Yolu kimi layihələr üçün də əhəmiyyət daşıyır.
AzerVoice xəbər verir ki, İraq xarici işlər nazirinin müavini Hişam əl-Ələvi terror təşkilatı PKK probleminin həlli ilə bağlı Bağdad və Ankara arasında danışıqların davam etdiyini bildirib. Əlavə olaraq qeyd edib ki, “Bu, təkcə iki ölkənin milli təhlükəsizliyi üçün deyil, eyni zamanda İnkişaf Yolu kimi layihələrə olan müsbət təsiri baxımından da vacibdir.”
Hişam əl-Ələvi Fars körfəzini Türkiyə üzərindən Avropaya bağlayacaq İnkişaf Yolu layihəsinin “nəhəng” bir proyekt olduğuna diqqət çəkib. O həmçinin, Böyük Fav Limandan başlayaraq bir neçə mərhələni əhatə edən bu layihənin türk şirkətlərinə də böyük fayda verə biləcəyini ifadə edib.
İnkişaf Yolu Layihəsinin təkcə İraq iqtisadiyyatına deyil, Türkiyə, Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi region ölkələrinə də töhfə verəcəyini bildirən Ələvi, layihənin təkcə dəmir yolları və avtomobil yollarından ibarət olmadığını, layihə çərçivəsində sənaye şəhərlərinin də inşa ediləcəyini bildirib.
PKK-nı “mürəkkəb” bir məsələ hesab edən Ələvi “Biz onların fəaliyyətini tamamilə qanuni və məqbul hesab etmirik. Eyni zamanda, birtərəfli hərəkət etməyinizi də istəmirik. İki hökumətin bir-birinin narahatlığını anlaması və birtərəfli hərəkət etmək əvəzinəvə birgə işləməsi önəmlidir. Hazırda PKK probleminin həlli ilə bağlı danışıqlar davam edir. Bu, yalnız iki ölkənin milli təhlükəsizliyi baxımından deyil, həmçinin İnkişaf Yolu kimi layihələr üçün də əhəmiyyətlidir.”- deyə əlavə edib.