Bakı,VOA
“İraq Müqavimətinin Koordinasiyası” Amerika qoşunlarının İraqdan çıxarılması üçün verilən müddətin başa çatdığını elan edib. İraq Müqavimətinin Koordinasiyası bəyan edib ki, bu problem həll etmək üçün bütün movcud vasitəlrədn istifadə edəcək.
Qeyd edək ki, bu açıqlamalar Livanın Hizbullah lideri Həsən Nəsrullahın İsrailə qarşı məhdudiyyətsiz müharibə xəbərdarlığından və Aralıq dənizində cəbhə açmaqla hədələməsi zamanı olub.
Bundna əvvəl isə, İraq qruplaşmaları Livanda geniş miqyaslı müharibə başlayacağı və Hizbullahın onların iştirakına razı olacağı təqdirdə orada döyüşməyə hazır olduğunu açıqlamışdı.
Eyni zamanda İraq Müqavimət Koordinasiyası bildirb ki,məsələləri daha geniş müzakirə etmək üçün geniş tərkibli müzakirələr aparacaq və nüfüzlü din adamları ilə görüşüləcək.
Məlumat üçün bildirək ki, əslində İranın dəstklədiyi silahlı şiə qruplaşmaları əvvəllər “Böyük Şeytan” hesab etdikləri ABŞ ilə barışığa sadiq qaldıqlarını bəyan etmişdilər. Hətta yanvar ayında Bağdadda Amerikanın zərbəsi zamanı Nucaba hərəkatının aparıcı üzvünün öldürülməsindən sonra onlara qarşı hücumlardan çəkiniblər.