BAĞDAD,ArabAZ

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani çərşənbə axşamı İŞİD-in “İraq Valisi” adlandırılan terrorçunun paytaxt Bağdadın şimalında keçirilən birgə əməliyyatda öldürüldüyünü açıqlayıb.ArabAZ xəbər verir ki, Sudani  bunu  yerli mətbuata açıqlamasında bildirib.

“İŞİD terror təşkilatında qondarma (İraq valisi) və təşkilatın 8 yüksək səviyyəli liderinin öldürülməsi münasibətilə İraq xalqını təbrik edirəm. BU əməliyyat Terrorla Mübarizə və Milli Təhlükəsizlik Xidməti tərəfindən birgə həyata keçirilib. Terrorçular Həmrin dağlarında gizlənirdi  və onların hamısı məhv edilib “-deyə o bildirib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version