Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

İsrailə heç bir güzəşt olmayacaq – Livan

İyun 24, 2026 9:02 səhər
Paylaş
Paylaş

Livan Prezidenti Jozef Aun ABŞ-da Livan və İsrail arasında yeni danışıqlar raundunun başladığı bir vaxtda rəsmi Beyrutun qətiyyətli mövqeyini açıqlayıb. Prezident İsrailin Livan torpaqlarını işğal altında saxlamasını və ölkəsinə qarşı hər hansı xarici qəyyumluq cəhdini kəskin şəkildə rədd edib.

ArabAZ xəbər verir ki, Livan Ordusunun Baş komandanı Rodolf Heykəl və Vaşinqtondakı danışıqlarda iştirak edən nümayəndə heyətinin məsləhətçiləri ilə keçirdiyi görüşdə Jozef Aun bildirib: “Biz İsrail işğalına son qoyulmasından və xarici qəyyumluğun bütün formalarının ləğv edilməsindən azına razı olmayacağıq. Bizim yeganə seçimimiz tam milli suverenlikdir”.

Livan Prezidentliyi rəsmi Vaşinqtonla təmasların detallarını paylaşıb. ABŞ Vitse-prezidenti Cey Di Vens və Dövlət katibi Marko Rubio Prezident Jozef Aun ilə telefon danışığı apararaq, İsveçrədə əldə olunmuş razılaşmaların icrasını və Livanda atəşkəsin möhkəmləndirilməsi planlarını yaxından izlədiklərini bildiriblər. Hazırda atəşkəsin tətbiqinə nəzarət edəcək xüsusi mexanizmin yaradılması istiqamətində müzakirələr davam edir.

Prezident Aun ABŞ-dakı bu raundun Livan torpaqlarının hər bir qarışında suverenliyin bərpası üçün həlledici olacağına ümid etdiyini vurğulayıb.

Hizbullah: İsrailin tamamilə geri çəkilməkdən başqa yolu yoxdur

Eyni zamanda Hizbullahın Baş katibi Naim Qasım da Beyrutda keçirilən tədbirdə çıxış edərək İsrailə xəbərdarlıq edib. O, atəşkəs razılaşmasının tam yerinə yetirilməli olduğunu və İsrailin Livan torpaqlarından tamamilə çəkilməli olduğunu bəyan edib: “İsrailin qarşısında heç bir bəhanə gətirmədən, bir qarış belə saxlamadan Livan torpaqlarından tamamilə geri çəkilməkdən başqa seçim yoxdur”.

Naim Qasım İsrailin Hizbullahı hərbi və siyasi cəhətdən məhv etmək planlarının tamamilə boşa çıxdığını və regionda “yeni mərhələnin” başladığını iddia edib. O, həmçinin ABŞ və digər beynəlxalq aktorları 2024-cü ildəki atəşkəs öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək, Livanın müstəqilliyinin yeganə təminatının müqavimət olduğunu vurğulayıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İordaniyaRedaktorun seçimiYaxın Şərq

Dünya Bankı İordaniya təhsilinə vəsait ayırdı

Müəllif:
mail.azerpress@gmail.com
Fələstin

HƏMAS-la bağlı “müsbət hərəkətlilik” var

Müəllif:
mail.azerpress@gmail.com
Livan

Hizbullah Livanı yandıracaq odla oynayır-Kats

Müəllif:
mail.azerpress@gmail.com
Redaktorun seçimiSuriyaYaxın Şərq

Əsəd və tərəfdarları mülki hüquqlardan məhrum edildi

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.