Bakı, ArabAz

İsrail Cenində humanitar xidmət göstərməyimizə mane olur.

ArabAz xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat verib.

 “İsrail qüvvələrinin Qızıl Ayparanın İordan çayının qərb sahilində, xüsusən də Cenin şəhərində həyata keçirdiyi humanitar xidmət sahələrini məhdudlaşdırmasından böyük narahatlıq var.” -deyə açıqlamada qeyd edilib.

İsrail ordusunun Cenin şəhərindəki düşərgə və kəndlərdə 6 gündür davamlı olaraq həyata keçirilən hücumlara diqqət çəkən açıqlamada şəhərdəki yaşayış evlərinə, infrastruktura, elektrik və su şəbəkələrinə böyük ziyan vurması səbəbindən yaranacaq təhlükələrə diqqət çəkilib.

Açıqlamada İsrailin Fələstin Qızıl Aypara qruplarının hücumlarda zərər çəkmiş zərərçəkənlərə ilkin yardımı çatdırmasına mane olduğu vurğulanıb.

Bildirilib ki, İsrail qüvvələri xəstə, qoca, yaralı və hətta doğum etmək üzrə olan hamilə qadınların xəstəxanalara çatmasının qarşısını alır.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version