ƏMMAN ,ArabAZ

İordaniya Kralı II Abdullah çərşənbə günü İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib və regional gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. ArabAZ xəbər verir ki, vəliəhd Şahzadə II Əl Hüseyn bin Abdullahın iştirak etdiyi görüşdə İordaniya Kralı İsrailin Qəzzaya qarşı müharibəsini dayandırmağın vacibliyini vurğulayıb.

“İordaniya regional münaqişələr üçün döyüş meydanı olmayacaq”-deyə kral bildirib.

Krallığa regional tur çərçivəsində səfər edən iranlı nazirlə görüşdə İordaniya Kralı Əmmanın regionda sabitliyin bərpası və Fələstin məsələsi üçün siyasi üfüqün yaradılmasında tərəfdaş dövlətlərlə bütün səylərini göstərməkdə maraqlı olduğunu bildirib.

Kral Qəzzada humanitar yardımın gücləndirilməsinin, eləcə də humanitar fəlakətin azaldılması üçün davamlı yardım axınının təmin edilməsinin vacibliyini vurğulayıb.

İclasda Baş nazirin müavini, xarici işlər naziri Ayman Safadi iştirak edib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version