QÜDS, ArabAZ

Ötən bazar İsrail ordusunun təlim qərargahını hədəf alan pilotsuz təyyarə hücumu İsrailin hava hücumundan müdafiə sistemi olan Dəmir Qübbə ilə bağlı müzakirələri sürətləndirib.

Həmçinin Qəzzadan, Livandan, İrandan və Yəməndən atılan 26 mindən çox raket və pilotsuz təyyarə İsrailin raket ehtiyatını tükəndirib.

İsrailin Dəmir Qübbəsinin kamikadze pilotsuz uçan aparatlara qarşı təsirsiz olduğunu deyən mütəxəssislər sistemin təkmilləşdirilməli olduğunu bildiriblər.

ABŞ-nin THAAD hava hücumundan müdafiə sistemini İsrailə göndərməsi də Dəmir Qübbənin yetərsizliyini dəstəkləyən amil kimi qiymətləndirilib.

Xatırladaq ki, Hayfanın Binyamina qəsəbəsində İsrail ordusu hədəf alan PUA hücumu 4 İsrail əsgərinin ölümünə, 70-dən çox əsgərin yaralanmasına səbəb olub. Hücumdan sonra Hizbullah tərəfindən bölgəyə iki pilotsuz təyyarənin göndərildiyi, onlardan birinin Dəmir Qübbə tərəfindən məhv edildiyi, lakin alçaq hündürlükdə uçan ikinci pilotsuz uçan aparatın diqqətdən kənarda qalaraq hədəfə çatdığı bildirilib.

Dəmir Qübbə saatda min mildən daha sürətlə hərəkət edə bilən raketləri aşkar etmək və bloklamaq üçün effektiv sistemə malik olsa da, saatda yüz mildən daha aşağı sürətlə hərəkət edən pilotsuz uçuş aparatlarını aşkar edə bilmədiyi məlum olub.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version