Bakı, Arab.AZ
Döyüşlərdə hər bir tərəf adətən qarşı tərəfə pusqu qurmağa can atır. Bu gün İsraillə Hizbullah arasında davam edən müharibədə hər tərəfin pusqu qurduğu görünür. Hər iki tərəf müharibənin miqyasını genişləndirməkdə maraqlı olmadıqlarını təsdiqləsələr də, böyük üstünlüklə onu genişləndirməyə tələsirlər. İsrail tərəfində onun necə genişləndirilməsi ilə bağlı hərbi təlimlər davam edir, sorğular isə ictimaiyyətin bu genişlənməni dəstəklədiyini göstərir. Cəmi iki ay əvvəl İsrailli respondentlərin 64 faizi Hizbullahla müharibəni dəstəkləyib, hətta bunun qiyməti geniş regional müharibə olsa belə buna hazır olduqlarını bildiriblər. Son bir ayda bu faiz 46 faizə düşüb ki, bu da hələ də kifayət qədər yüksəkdir. Bəlli ki İsrail ictimiyyəti hələ dı bu müharibənin nə olduğunu tam olaraq nalaya bilmirlər.
İsrail hökumətinin keçmiş milli təhlükəsizlik müşaviri Eyal Hulta deyir ki, belə bir müharibə Livanın geniş ərazilərinin dağıdılmasına gətirib çıxaracaq, eyni zamanda İsrailə böyük ziyan vuracaq və muharibədə 15 minə yaxın insanın həlak olacağı gözlənilir.
Reyxman Universitetinin Terrorizm Araşdırmaları İnstitutu 100 hərbi və akademik ekspertin iştirakı ilə Hizbullahla müharibə ssenariləri ilə bağlı araşdırma aparıb və onlar dəhşətli nəticələrə gəliblər. Onlar belə bir müharibənin Suriya, İraq və Yəməndəki İran milislərinin iştirakı ilə genişlənərək çoxtərəfli xarakter alacağını və İordan çayının qərb sahilində HƏMAS və İslami Cihad hərəkatlarının onlara qoşula biləcəyini bildiriblər.
Tədqiqat göstərirdi ki, 21 gün ərzində Hizbullah gündə 2500-3000 raket atacaq və hücumunu Tel-Əviv ərazisindəki hərbi bazalardan və ya şəhərlərdən birinə yönəldəcək. Bu hücümların eləcə də digər həssas ərazilərə, məsələn, elektrik stansiyalarında, qaz quyularında və suyun duzsuzlaşdırılması reaktorunda, hava limanlarına və və silah anbarlarına edəcəyi də istisna edilmir.
Bu bombardmanın təbii ki, İsrail ictimaiyyəti arasında xaos yaranacaq.Eyni şəkildə, Hizbullah, HƏMAS-ın oktyabrın 7-də etdiyi kimi, İsrail sərhədini keçmək və bir neçə şəhəri işğal etmək üçün Əl-Radvan komandalarını göndərərək köhnə planını irəli sürməyə çalışacaq.
Müharibənin genişlənməsi Qəzzada olduğu kimi Livanın bir sıra şəhərlərini məhv edəcək kütləvi hava bombardmanı ilə başlayacaq və sonra isə quru qoşunları və tank diviziyaları Livana soxulacaq.
Hərbi mənbələrə görə, İsrail ABŞ-dan silahlar, o cümlədən ağıllı bombalar əldə edib və onlardan ən azı Beyrutun cənub ətrafı və Bəqaa bölgəsini bombalamaq üçün istifadə edəcək.
Litani çayı sərhəddən ən yaxın nöqtədə 4 kilometr, ən uzaq nöqtədə isə 29 kilometr məsafədədir və üç böyük şəhəri əhatə edən 1020 kvadrat kilometrlik bir zolaq meydana gətirir.
Həmin ərazidə yarım milyon insan yaşayır, onlardan 100 mindən çoxu indiyədək məcburi köçkün vəziyyətinə düşüb. Təbii ki, bütün bu bölgəni işğal etmək asan olmayacaq. Hizbullah HƏMAS-dan qat-qat güclüdür və Qəzzanın tunellərindən daha böyük və daha mürəkkəb tunellərə malikdir. Əgər İsrail 21 günlük qısa bir müharibə planlaşdırırsa, yəhudis ordusu Livan bataqlığına qərq ola bilər.
İsrail ordusu daxili cəbhəni uzunmüddətli müharibəyə hazırlaşmağa başladı və xəstəxanalarda, fabriklərdə, dövlət və rəsmi qurumlarda və sığınacaqlarda fövqəladə vəziyyətlərdə təhlükəsizlik tədbirləri bərpa edildi. İsrail Hizbullahın minlərlə raket və pilotsuz uçan aparatları işə salması və infrastruktura, o cümlədən elektrik enerjisi istehsalı və suyun duzsuzlaşdırılması stansiyalarına və qaz quyularına zərbə vura bilmə ehtimalını nəzərə alır.
Digər tərəfdən İranın birbaşa müdaxiləsi ehtimalı da nəzərə alınıb. İran hadisələrə müdaxilə ehtimalını nəzərə alsaq deyə bilərik ki, Qırmızı dənizdəki gəmiçilik xaosu daha da pisləşəcək və hətta İsrail bazaları olan Kiprin vurulması da ehtimalllar arasındadır.
Təl-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu araşdırmasında deyir: “Hizbullah indiyədək İsraildəki mülki və hərbi hədəflərə əksəriyyəti Livandan olmaqla 5 mindən çox müxtəlif sursat atıb. Bu, 33 mülki vətəndaşın və əsgərin ölümünə və ciddi ziyana səbəb olub.”
Məlumatlara görə, İkinci Livan müharibəsindən bəri Hizbullah İsrail üçün əsas hərbi təhlükədir.
Hizbullahın əsas arsenalı İsrailin məskunlaşdığı əraziləri əhatə edən yüzlərlə dəqiq idarə olunan, orta və uzun mənzilli raketlərə əlavə olaraq ən azı 150.000 raket, raket və digər statistik silahlardan ibarətdir. 2006-cı il müharibəsində, iki tərəf 34 gün davam edən müharibədə vuruşduqda, Hizbullahın böyük əksəriyyəti idarə olunmayan və 20 kilometrdən az mənzilli olan 15.000-ə yaxın raket və mərmi var idi. Bu o deməkdir ki, Hizbullah rakretləri İsrailin şimalındakı Hayfa şəhərinə çata bilməyib. Hİzbullah bu müharibə zamanı gündə təxminən 120 raket atıb, nəticədə 53 israilli həlak olub, 250 nəfər yaralanıb.
Bu gün qeyd olunanlardan əlavə, kütləvi qətllərə və mülki və hərbi obyektlərə, o cümlədən həyati əhəmiyyətli milli infrastruktura dağıdıcı ziyan vurmağa qadir olan qabaqcıl kiber sistemlər də mövcuddur. Hizbullahın malik olduğu hərbi resurslar kəmiyyət və keyfiyyət baxımından çox böyükdür və bu, HƏMAS-ın müharibə başlamazdan əvvəl əldə etdiyi hərbi imkanlardan dəfələrlə yüksəkdir. Hizbullah uzun müddət, bəlkə də bir neçə ay müharibə aparmaq və İsrailə ciddi ziyan vurmaq üçün lazım olan infrastruktura və hərbi imkanlara malikdir.
Hizbullaha qarşı genişmiqyaslı müharibədə İsrail ordusunun hava hücumundan müdafiə sistemləri zaman keçdikcə, xüsusən də müharibənin ilk həftələrində gündə minlərlə silahla mübarizə aparmalı olacaq. Təbii ki, atılan raketlərin hamısını tutmaq mümkün olmayacaq.
Bu hücumlar, o cümlədən İran, İraq, Suriya və Yəmən kimi digər cəbhələrdən, İsrailin hava hücumundan müdafiə təbəqələrinin doymasına və hətta ola bilsin ki, ələ keçirmə vasitələrinin çatışmazlığına səbəb ola bilər. Bu, bölgədə ABŞ – ın “ərköyün uşağı” olan İsrailin heç vaxt qarşılaşmadığı hərbi və mülki təhlükədir.
Livanla müharibə ilə bağlı araşdırmaya rəhbərlik edən Reyxman Universitetinin prezidenti, professor Boaz Münavar hesab edir ki, İsrail belə bir müharibədə məğlub olmayacaq. Lakin Livanla müharibədə yəhudi dövlətinin başına gələnlər 7 oktyabr hadisələrindən betər olacaq.