Beyrut,ArabAZ
Cümə günü səhər erkən saatlarda İsrailin döyüş təyyarələri sentyabrın 23-də sonuncu bombardman dalğasının başlanmasından bəri Beyrutun cənub ətrafına ən güclü reydləri həyata keçirib. Hədəf Hizbullahın sabiq lideri Həsər Nəsrullahən yerinə ən ideal namizdən olan Haşim Safi əd-Dinin öldürülməsidir.

İsrailin Kanal 14 telekanalı hərbi mənbələrə istinadən bildirib ki, Beyrutda bəzi ərazilər bombalanıb, lakin hədəfdə olan Safi əd-Dininin taleyi haqda hələ ki bi şey bəlli deyil.

“The New York Times” həmçinin üç İsrail rəsmisinə istinadla bildirib ki, hərbi hava reydləri bir başa “Safi əd-Dinin öldürülməsini hədəfləyir.”

Əgər bu xəbərlər doğrudursa, onun qətli Nəsrullahın öldürülməsindən sonra İrana və Hizbullaha ən böyük zərbə olacaq.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version