Bakı, ArabAZ
İsrail ordusu Livanın sərhəddə yerləşən Əl-Vezzani kəndinin sakinlərinə axşam saat 16:00-a qədər evlərini tərk etmələri barədə vərəqələr buraxıb.
ArabAZ xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi olan NNA-da məlumat paylaşılıb.
“Hizbullah sizin ərazinizdən atəş açır. Dərhal evlərinizi tərk edin və saat 16:00-da şimaldakı Hiyam kəndinə doğru hərəkət edin. Bu vaxtdan sonra burada qalan hər kəs terrorçu sayılacaq.” – deyə bildirişlərdə qeyd edilib.
İsrail ordusu Livanın cənubuna vərəqələrin havadan atılmasının İsrail ordusundakı komandanlıq zəncirinin razılığı olmadan 769-cu Regional Briqadanın xüsusi təşəbbüsü olaraq həyata keçirildiyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
İsrail briqadanın bu mesajları öz pilotsuz uçuş aparatı (PUA) ilə göndərdiyini və hava qüvvələrinə məlumat vermədiyini qeyd edib.