Ramallah,ArabAZ
İsrail qüvvələri “on günlük reydlərdən sonra” Cenin düşərgəsindən geri çəkilib. ArabAZ xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi açıqlamasında şəhər və düşərgədə reydlər zamanı 21 nəfərin həlak olduğunu bildirib.
Eyni zamanda İsrail qüvvələrinin infrastrukturun geniş şəkildə məhv edildiyi söylənilir.
Fələstin Xarici İşlər Nazirliyi Facebook-da verdiyi açıqlamada İsraili “Qəzza zolağında törətdiyi vəhşi cinayətlərini, dağıntı və təxribat səhnələrini təkrarlamaqda və onları Cenin və Tulkərmdə baş verdiyi kimi işğal altındakı İordan çayının qərb sahilinə təkrarlamaqda” ittiham edib.