Bakı, ArabAz
İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə 22 günlük hücumları zamanı Tel-Əvivin “humanitar zona” elan etdiyi ərazini təmin edən su xətlərini məhv edib.
AzerVoice xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Təchizat və Avadanlıq Müdiri Məhəmməd əl-Müqayyir verdiyi açıqlamada deyib.
O, İsrailin səhər saatlarında geri çəkildiyi Xan Yunusda 10 fələstinlinin cəsədinin tapıldığını qeyd edib.
Müqayyir İsrail ordusunun geri çəkilməsi ilə bölgədə infrastruktura, yaşayış evlərinə, həyati əhəmiyyət kəsb edən binalara və yollara böyük ziyan dəydiyini bildirib.
“İsrail ordusu hücumları zamanı humanitar olduğunu iddia etdiyi ərazilərdə əhalini su ilə təmin edən əsas su xətlərini məhv edib. Mülki müdafiə qrupları dağıntılar altında, yollarda və küçələrdə itkin düşənlərin axtarışlarını davam etdirir.” – deyə o qeyd edib.