Ramallah,ArabAZ

İsrail hərbi kəşfiyyatının elit bölməsinin komandiri , Yossi Sariel HƏMAS-ın oktyabrın 7-də hücumunun qarşısını ala bilmədiyi üçün istefa verdiyini açıqlayıb.ArabAZ xəbər verir ki, Sariel istefa ərizəsini İsrail Baş Qərargah rəisi Herzi Halevi yə təqdim edib.

 Qeyd edək ki daha öncə, HƏMAS-ın hücumunun qarşısını ala bilməməkdə günahlandırılan İsrail Hərbi Kəşfiyyat Xidməti (AMAN)  komandiri general Aaron Haleva 2024-cü ilin aprelində istefa verən ilk yüksək rütbəli zabit olmuşdu.

Məlumat üçün bildirək ki, bu ilin iyun ayında Kan ictimai televiziyası 8200 saylı bölmənin 19 sentyabr tarixli hesabatının mövcudluğunu açıqlamışdı. Bu hesabatda HƏMAS hərəkatının elit bölmələri tərəfindən İsrailin cənubundakı hərbi obyektlərə hücüm haqqında məlumatlar vardı.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada müharibə bitməzdən əvvəl 7 oktyabr hücumu ilə bağlı rəsmi araşdırma açmaqdan qəti şəkildə imtina edir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version