QÜDS,ArabAZ
İsrailin müdafiə naziri Yoav Gallant dünən bəyan edib ki, İsrail ordusu sərhəddə yerləşən Livan kəndlərini “hərbi hədəf” kimi məhv etmək qərarına gəlib.ArabAZ xəbər verir ki, sərhəddəki Livan kəndlərinin “minlərlə silah və raket və yüzlərlə tunellə hərbi hədəf” olduğunu söyləyən Gallant, orduya bu kəndləri məhv etmək göstərişi verdiyini açıqlayıb.
İsrailin müdafiə naziri İsrail qüvvələrinin bölgəni tərk etməsindən sonra belə Hizbullahın sərhəd kəndlərinə qayıtmasına icazə verməyəcəklərini vurğulayıb.
İsrail mətbuatında yer alan xəbərlərə görə, İsrail qüvvələri Ramiyə qəsəbəsinə soxulmağa çalışıb və oradakı Hizbullah döyüşçüləri ilə toqquşub.
Digər tərəfdən, Livanın cənubunda fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının Livan Müvəqqəti İşçi Qüvvəsi (UNIFIL) tərəfindən verilən açıqlamada, deyilir ki, İsrail ordusuna aid iki tankın UNIFIL qərargahının əsas qapısını dağıdıb və zorla UNIFIL-in ərazisinə daxil olub.