QÜDS,ArabAZ

İsrailin Qəzza zolağının şimalında Beyt Lahia qəzəbəsində hava reydləri keçirib. ArabAz xəbər verir ki, İsrailin bombardmanı nəticəsində ilkin hetimala görə, ən azı 50 nəfər həlak olub.

Həlak olanlar arasında qadın və uşaqların da olduğu bildirilir. Qəza səhiyyə orqanlarının verdiyi məlumata əsasən ölənlərin sayı arta bilər.

Qeyd edək ki, oktyabrın 29 -da İsrail Beyt Lahia şəhərində yaşayış binasını bombalaması nəticəsində 93 fələstinli həlak olmuşdu.

İsrail qüvvələri HƏMAS hərəkatının İsrailin cənubuna başlatdığı qəfil hücumdan sonra 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağını qurudan, dənizdən və havadan bombalamağa davam edir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version