QÜDS,ArabAZ

İsrail ordusu Qəzzanın şimalında geniş hərbi əməliyyatını davam etdirərkən, Benyamin Netanyahu hökumətində zolaqda uzunmüddətli hərbi hakimiyyət qurmaq planlarının olduğuna dair yeni əlamətlər ortaya çıxıb.ArabAZ xəbər verir ki, dünən verdiyi açıqlamalarda İsrailin maliyyə naziri Bezalel Smotriç Qəzzanı hərbi yolla idarə etmək planlarına işarə edib.

 “Əgər təhlükəsizliyi təmin etmək üçün bu tələb olunursa, o zaman HƏMASI aradan qaldırmaq üçün müəyyən müddət ərzində Qəzza zolağında avtoritar alternativ olacağımızdan narahat deyiləm”-deyə o bildirib.

Smotriçin açıqlamaları baş nazirin Qəzza zolağının işğalı və orada hərbi hakimiyyət qurmaq niyyətində olduğuna dair ehtimalları gücləndirir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version