Bakı, ArabAz
İsrail ordusu İordan çayının qərb sahili və Şərqi Qüdsdə keçirdiyi reydlər zamanı biri jurnalist də daxil olmaqla daha 36 fələstinlini saxlayıb.
ArabAz xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyəti birgə bəyanat yayımlayıb.
İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.
İsrail ordusunun son 24 saatda Şərqi Qüds və İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində bir qadın jurnalist, 4-ü tələbə və keçmiş məhbus olmaqla ən azı 36 fələstinlini nəzarətə götürdüyü qeyd edilib.
Fələstinli Məhbuslar Dərnəyindən verilən başqa bir açıqlamada İordan çayının qərb sahilində “geniş miqyaslı” hücuma keçən İsrailin son 4 gündə cəmi 110 fələstinlini nəzarətə götürdüyü bildirilib.
Bu dövrdə həbs edilən fələstinlilərin sayının 10 min 400-ü keçdiyi, İsrail əsgərləri və Fələstin torpaqlarını qəsb edən israillilərin hücumlarında 672 nəfərin həyatını itirdiyi qeyd edilib.
Hafiz Rufizoğlu