Ramallah,ArabAZ

İsrail HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın Qəzzada öldürülməsi ehtimalını araşdırır, bir neçə İbrani KİV-i bu məsələ ilə bağlı xəbər yayıb.

ArabAZ xəbər verir ki , Kan ictimai yayımı və Haaretz, Maariv və Walla xəbər saytları tərəfindən yayılan xəbərlər də daxil olmaqla, İDF Hərbi Kəşfiyyat İdarəsi Sinvarın İsrailin Qəzzaya basqınlarında öldürülmüş ola biləcəyini iddia edib.

Lakin yayılan xəbərlərə baxmayaraq,  İsrail deyir ki, onun öldürüldüyünə dair qəti dəlil yoxdur və İsrail Baş Kəşfiyyat Xidməti Şin Bet onun sağ olduğuna inanır.

Times of Israel qəzetinin yazdığına görə İsrail ordusu “məsələni təsdiq və ya təkzib edəcək heç bir məlumatı olmadığını” bildirib.

Təhlükəsizlik rəsmiləri bir neçə İbrani mediasına bildiriblər ki, Sinvarın ölüm ehtimalı sadəcə əsassız fərziyyədir.

Mənbələr Haaretz qəzetinə bildiriblər ki, İsrail son aylarda Sinvarın gizləndiyindən şübhələndiyi bölgələrdə tunelləri bombalayıb, lakin onun yaralandığına dair dəqiq bir əlamət yoxdur.

İsrail HƏMAS-ın ən güclü fiquruna çevrilmiş Sinvarı oktyabrın 7-də İsrailə qarşı hücumun əsas plançısı olmaqda ittiham edir.

HƏMAS siyasi bürosunun keçmiş rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən bir neçə gün sonra Sinvarın siyasi bürosunun rəhbəri təyin olunduğunu ötən ay elan edib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version