QÜDS,ArabAZ

İran, İsrail, Çin, Rusiya və ABŞ şirkətləri dekabr ayı ərzində Vyetnamın  paytaxtı Hanoyda keçiriləcək silah sərgisində iştirak edirlər. ArabAz xəbər verir ki, bu haqda Vyetnam Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Nazirlikdən verilən məlumata görə, dekabrın 19-dan 22-dək keçiriləcək sərgidə 27 ölkədən 200-ə yaxın şirkət artıq yer rezerv edib.

Sərgidə son aylarda raket və hava hücumları mübadiləsi aparan İsrail və İranın hərbi sənaye şirkətləri bir araya gələcək. İran Qərbin geniş sanksiyalarına məruz qalmasına baxmayaraq, sərgidə iştirak edəcək.

2022-ci ildə əvvəlki buraxılışda İsrailin “Elbit Systems” və “Rafael Advanced Defence Systems” şirkətləri sərgi iştirakçıları arasında idi.

Vyetnam Müdafiə Nazirliyi hələlik iştirakçıların tam siyahısını dərc etməyib və sərgidə hansı növ silahların nümayiş olunacağı hələlik bəlli deyil.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version