Bakı,ArabAZ
İsrail Qəzza zolağındakı əməliyyatlarını azaldıb, Xan Yunis və Deyr əl-Bəlahda sona çatdığını elan edərkən, onun qüvvələri və təhlükəsizlik xidmətləri İranın İordan çayının qərb sahilinin şimalındakı bir neçə bölgəyə hücumlarını davam etdirib. ArabAZ xəbər verir ki, İsrail bunun “İranın burada yəhudi dövlətinə qarşı” yeni cəhbə açması ilə izah edib
Dünən İsrail ordusu İordan çayının qərb sahilindəki əməliyyatlarının üçüncü günündə Cenin bölgəsində təşkil etdiyi basqında üç HƏMAS döyüşçüsü öldürdüyünü açıqlamışdı. İsrail rəsmisi bildirib ki, əməliyyatlar “mütəşəkkil şəbəkənin mövcud olduğu və İranda quraşdırılmış müxtəlif silahlar və partlayıcı qurğuların olduğu” İordan çayının qərb sahilinin şimalında təşkil olunub.
İsrail ordusunun açıqlamasında deyilir ki, “ İordan çayının qərb sahilində HƏMAS tərəfdarlarının istifadə etdiyi silahlar təhlükəsizliyi ciddi dərəcə poza biləcək silahlardır”
“Bütün bunlar göstərir ki, İran İordan çayının qərb sahilini açmaq qərarına gəlib və biz onu qabaqlamaq istəyirik”-deyə ordunun açıqlamasında deyilir.
Qeyd edək ki,bu açıqlama İsrailin baş naziri Benyamin Netanyahu qüvvələrini Qəzza ilə Misir arasındakı Filadelfiya dəhlizində saxlamaqda israr etdiyi vaxt verilib və bu, Qəzzada atəşkəs razılaşmasına mane olur.