Bakı, Arab.AZ
İsrailin hücum etdiyi bölgələrdəki şəhərlər qəbirstanlığa çevrilib.
Arab.AZ xəbər verir ki bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzzadakı Baş Kommunikasiya Məsləhətçisi Louise Wateridge sosial media hesabından paylaşım edib.
O, İsrailin oktyabrın 7-dən bəri hücuma məruz qaldığı Qəzza şəhərindəki dağıntıları ortaya qoyan görüntüləri paylaşıb.
Görüntüdə hədəfə alınan binaların demək olar ki, olmadığı şəhərdəki ağır dağıntılar diqqət çəkib.
“Yüz minlərlə ev və həyat dağıdılıb. Uşaqların, anaların, ataların, hətta ailələrin hekayələri dağıntılar altında qalıb. Şəhərlər indi qəbiristanlıqlara çevrilib” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu