Ramallah, ArabAZ

İsrail Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərin eyni vaxtda partladılması ilə bağlı açıqlama verməsədə, baş verən hadisə diqqətləri İsrailin kibermüharibə bölməsi olan bölmə 8200-ə çevirdi.

İvritcə Şmoni Mətayim olaraq tanınan və Hərbi Kəşfiyyat Departamentinin bir hissəsi olan kibermüharibə və kəşfiyyat bölməsi İsrail ordusunda ən böyük hərbi hissələrindən biridir.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) həmçinin Böyük Britaniya Hökumətinin Rabitə İdarəsinin (GCHQ) ekvivalenti olan qrupun mənşəyi 1948-ci ildə İsrail dövlətinin qurulması ilə yaradılan ilk şifrələmə və kəşfiyyat bölmələrinə gedib çıxır.

Sözügedən bölmənin fəaliyyəti çox vaxt çox gizli tutulur. Siqnalların dinlənməsindən tutmuş məlumatların anazilinə, həmçinin kiberhücumlara qədər əməliyyatlar gizli həyata keçirilir.

2005-2010-cu illər arasında İranın nüvə sentrifuqalarını sıradan çıxaran Stuxnet virus hücumu, 2017-ci ildə Livanın telekommunikasiya şirkəti Ogero-ya edilən kiberhücum, həmçinin Avstraliyadan Birləşmiş Ərəb Əmirliklərinə gedən təyyarəyə İŞİD hücumunun qarşısının alınması əməliyyatının Bölmə 8200 tərəfindən həyata keçirdiyi təxmin edilir.

Bölmə 8200-ün komandiri keçən il Təl-Əvivdə keçirilən konfransda HƏMAS hədəflərinin seçilməsində süni intellekt texnologiyasından istifadə etdiklərini bildirmişdi.

Bu bölmə İordan çayının qərb sahilində və Qəzza zolağında fələstinliləri nəzarət altında saxlayır. Həmçinin İsrailin bölgədə həyata keçirdiyi əməliyyatlarda aktiv fəaliyyət göstərir.

Bölmə üzvlərinin liseylərdən seçilən iyirmi yaşlarında olan gənclər olduğu deyilir.

Keçmiş üzvlər bölmə haqqında danışarkən onun bir növ startap şirkətinə bənzədiyini, həmçinin  kiçik qruplar şəklində fəaliyyət göstərdiklərini deyiblər. Yaradıcıllığı təşviq etmək məqsədi ilə qrupların sərbəst işləmələrinə icazə verildiyi bildirilir.

7 oktyabr hücumlarının qarşısınının alına bilinməməsi, digər müdafiə və təhlükəsizlik qurumları ilə birlikdə bu bölmənin də nüfuzuna mənfi təsir etdi. Hadisədən sonra birlik komandiri istefa verəcəyini bildirdi.

2014-cü ildə 43 ehtiyatda olan əsgər, heç bir münaqişədə iştirak etməyən fələstinlilərin 8200-cü bölmə tərəfindən izlənməsini pisləyən açıq məktub dərc etmişdilər.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version