Bakı,ArabAZ
İsrailin baş naziri Benyamin Netanyahu bazar günü ordunun Hizbullahın “böyük hücumunun” qarşısını almaq üçün Livana zərbələr endirəcəyini elan etdikdən sonra İbrani dövlətinin şimalında təhlükəsizliyi bərpa etmək üçün “hər şeyi edəcəyini” vəd edib.ArabAZ xəbər verir ki, Netanyahu ofisi tərəfindən yayımlanan bəyanatda, “Ölkəmizi qorumaq və şimal sakinlərini sağ-salamat evlərinə qaytarmaq üçün hər şeyi etməyə hazırıq” deyə bildirilib.
Açıqlamada o da qeyd olunub ki, İsrail hökümətin onlara zərər verərənə zərər verəcək. Açıqlama sonrası İsrail baş naziri Netanyahu Təl-Əvivdə Təhlükəsizlik Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib ki, bu gün səhər biz Hizbullahın İsrailə hücuma hazırlığını izləyib və müdafiə naziri və Baş Qərargah rəisi ilə məsləhətləşmələrdən sonra orduya hərbi əməliyyat başlatmağı tapşırıb.
“Bu təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı zərbədir.Ordu təhdidləri dəf etmək üçün intensiv işləyir və şimala yönəldilmiş minlərlə raketi məhv edib və biz istənilən təhlükənin qarşısını almağa və böyük hücum və müdafiə gücü ilə işləməyə davam edəcəyik.”-deyə o bildirib.
Bundan əlavə, İsrailin müdafiə naziri Yoav Qalant bazar günü səhər saat 6-dan (GMT 03:00) başlayaraq bütün ölkə ərazisində 48 saatlıq fövqəladə vəziyyət elan edib.
İsrail müdafiə nazirliyinin açıqlamasında qeyd olunur ki, fövqəladə vəziyyət elan etmək orduya “İsrail vətəndaşlarına göstərişlər verməyə, o cümlədən lazımi yerlərdə toplantıların məhdudlaşdırılması və saytların bağlanmasına” imkan verir.