Bakı, Arab.AZ
Tehran 2000-ci ildən sonra artan əməliyyatlarda nüvə alimlərinin və İnqilab Keşikçiləri Korpusunun liderlərinə qarşı bir sıra sui-qəsdlərin şahidi olub. Ölkədə nüvə və hərbi obyektlər hədəfə alınıb, İran rəsmiləri isə bunun İran təhlükəsizlik xidmətlərinə zəiflik və ya nüfuz etmə nəticəsində baş verdiyini deyirlər.
İran hakimiyyəti bu sui-qəsdlərin əksəriyyətini İsrailə aid edir, İsrail isə bu hərəkətləri nə inkar edir, nə də təsdiqləyir.
İddia edilir ki, İsmayıl Haniyənin Tehranda bu gün öldürülməsi, bir zamanlar Əl-Qaidə terror təmkilatının ikinci adamının Tehranda öldürülmüsəindən sonra baş verən ən böyük sui-qəsddir.
Bu sui-qəsdlərələ yanaşı ən səs-küy yaradsan qəsd isə, İranın müdafiə nazirinin tədqiqat işləri üzrə müavini və ən tanınmış alimlərdən biri olan Möhsün Fəxrizadənin hədəfə alınması idi. Onun konvoyu Dəmavənd vilayətinin Absard şəhərində hədəfə alınıb. İnsident 2020-ci il 27 noyabrda baş verib.
22 may 2022-ci ildə Qüds Qüvvələrinin lideri, polkovnik Həsən Səyyad Xodayei paytaxt Tehranın mərkəzindəki evinin qapısı qarşısında motosiklet sürən iki silahlı tərəfindən açılan atəş nəticəsində öldürüldü.
Xədayi, tam məxfilik şəraitində fəaliyyət göstərən Qüds Qüvvələrinin liderləri kimi geniş tanınmırdı. Lakin İsrail mediası onu İnqilab Keşikçiləri Korpusunda xarici əməliyyatlara cavabdeh olan Qüds Qüvvələrinin 840-cı bölməsinin rəsmisi kimi təqdim etdi.
7 avqust 2020-ci ildə Əl-Qaidə terror təşkilatının ikinci adamı Əbu Məhəmməd əl-Məsri və onun qızı, Üsamə bin Ladenin oğlu Həmzənin dul arvadı Məryəm Tehranda küçədə motosikletlə açılan atəş nəticəsində öldürüldü. Onların öldürüldüyü gün Amerikanın Keniya və Tanzaniyadakı səfirliklərinə edilən hücumların ildönümünə təsadüf edirdi.
Maraqlısı isə odu İran Əl-Qaidənin ikinci adamının Livan əsilli Həbib Davud tarixçi kimi təqdim və onun Hizbullahçı olduğu haqda məlumatlar tirajladı.
Lakin 2020-ci ilin noyabrında New York Times tərəfindən dərc edilən kəşfiyyat məlumatları İran yalanını alt-üst etdi. Amerika qəzeti iki İsrail agentinin ABŞ-ın tələbi ilə hücumu həyata keçirdiyini bildirib.
2010-cu ildən bəri İranın nüvə proqramında ən azı 6 məmur və elm adamı öldürülüb və ya hücuma məruz qalıb və bu əməliyyatların bəziləri motosikletli hücumçular tərəfindən həyata keçirilib və İran rəsmiləri bunların arxasında İsrail olduğunu bəyan edib.
Bu əməliyyatların İranın nüvə proqramını hədəf aldığı güman edilirdi.
2010-cu il yanvarın 12-də Tehran Universitetinin kvant fizikası professoru Məsud Əli Məhəmmədi Tehrandakı evindən çıxarkən motosikletin partlaması nəticəsində həlak olub.
2010-cu il noyabrın 29-da İranın nüvə proqramının ən böyük layihələrindən birinə cavabdeh olan İran Nüvə Cəmiyyətinin qurucusu Məcid Şəhriari Tehranda avtomobilinə quraşdırılmış bombanın partlaması nəticəsində həlak olub.
Həmin gün başqa bir nüvə alimi, hazırkı deputat Fereydun Abbasi də eyni üsuldan istifadə edilən hücumda yaralanıb.
2011-ci il iyulun 23-də alim Dariuş Rezaeinejad Tehranda motosikletə naməlum şəxslərin atdığı güllələrdən həlak olub.
2011-ci il noyabrın 12-də Tehran ətrafında İnqilab Keşikçiləri Korpusuna məxsus sursat anbarında baş verən partlayışda İnqilab Keşikçiləri Korpusunun generalı Həsən Tehrani Moqaddam da daxil olmaqla ən azı 36 nəfər həlak olub.
2012-ci il yanvarın 11-də Natanz nüvə stansiyasında işləyən alim Mustafa Əhmədi Roşan Tehranın şərqində Əllamə Təbatəbai Universitetinin yaxınlığında avtomobilinə yerləşdirilmiş maqnit bombasının partlaması nəticəsində həlak olub. İran növbəti dəfə ABŞ və İsrailə işarə edib.