BAKI, Arab.AZ
İsveçrə Qəzza zolağındakı aclıq təhlükəsindən narahatdır.
Arab.AZ xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində etdiyi paylaşımda bildirilib.
“Aclığın daha da dərinləşməsinin qarşısını almaq üçün təcili və genişmiqyaslı müdaxilə zəruridir” – deyə, paylaşımda qeyd olunub.
Açıqlamada həmçinin İsraildən Qəzza zolağına humanitar yardımın maneəsiz şəkildə çatdırılmasına icazə verməsi tələb olunub.
Qeyd edək ki, BMT-nin dəstəklədiyi müşahidə qurumu olan İnteqrə Olunmuş Qida Təhlükəsizliyi Faza Təsnifatının (IPC) son hesabatında avqustun 15-dən etibarən Qəzza şəhərində aclığın təsdiqləndiyi və bunun təşkilatın ən ağır kateqoriyası olan 5-ci səviyyəyə uyğun gəldiyi qeyd olunub. Hesabatda bildirilib ki, 22 ay davam edən amansız döyüşlərdən sonra Qəzza zolağında yarım milyondan çox insan aclıq, səfalət və ölüm ilə üz-üzə qalıb. Sənəddə həmçinin bu aclığın Qəzza zolağının digər bölgələrinə də yayılmasının gözlənildiyi vurğulanıb.