Nyu-Yorkun meri Zahran Mamdani Kral III Çarlza müraciət edərək, XIX əsrdə Britaniya İmperiyası tərəfindən Hindistandan götürülmüş məşhur “Kuh-i-Nur” (Koh-i-Noor) almazını geri qaytarmağa çağırıb.
ArabAZ xəbər verir ki, Mamdani 11 sentyabr xatirə abidəsini ziyarət edən kral cütlüyü ilə görüşündən əvvəl ona ünvanlanan suala cavab olaraq bildirib: “Əgər kralla hər hansı başqa bir mövzuda danışmaq imkanım olsaydı, yəqin ki, onu ‘Kuh-i-Nur’ almazını qaytarmağa təşviq edərdim”. Daha sonra Kral III Çarlzın Mamdani ilə söhbət zamanı güldüyü müşahidə edilib.
“Nur dağı”nın mürəkkəb tarixi
Hazırda London qülləsində (Tower of London) nümayiş etdirilən 105,6 karatlıq bu qiymətli daş 1849-cu ildə Anqlo-Sikh müharibəsindən sonra bağlanmış sülh müqaviləsinin bir hissəsi kimi Pəncab krallığı tərəfindən Britaniya Ost-İndia şirkətinə təhvil verilib.
Almazın Hindistanda hasil edildiyi barədə ümumi razılıq olsa da, onun tarixi əfsanələr və faktlarla zəngindir. Hindistanla yanaşı, Əfqanıstan, İran və Pakistan da bu almaz üzərində haqq iddia edirlər. Nyu-Dehli hökuməti dəfələrlə almazın qaytarılmasını tələb etsə də, bu cəhdlər hələlik nəticəsiz qalıb.

