ƏR-RİYAD,ArabAZ

Krallığın yardım agentliyi KSrelief, Mərakeş və Əfqanıstanda görmə problemləri olan insanlara kömək edib. ArabAZ xəbər verir ki , KSrelief  ilə həyata keşilirən layihələr Səudiyyə Ərəbistanının Könüllü “Nur” layihəsinin bir hissəsidir.

Mərakeşin Bulemane şəhərində KSrelief komandası 24-31 oktyabr tarixləri arasında 5 min 120 nəfəri müayinə edib, ümumilikdə 1050 cüt eynək paylayıb və 482 xüsusi əməliyyat həyata keçirib.

Əfqanıstanın Kabil şəhərində könüllülər Ümumdünya Görmə Fondu ilə əməkdaşlıq edərək oktyabrın 27-dən noyabrın 1-dək 4 min 160 xəstəni müayinə edib və 442 xüsusi cərrahiyyə əməliyyatı həyata keçiriblər.

Görmə qüsurlu insanlar üçün layihələr Krallığın humanitar qolu olan KSrelief vasitəsilə həyata keçirilən könüllü tibbi təşəbbüslərin bir hissəsidir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version