Ər-Riyad,ArabAZ
Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd Əl-Sabah Bayan sarayında Səudiyyə Ərəbistanının dövlət naziri Şahzadə Turki bin Məhəmməd bin Fəhd bin Əbdüləzizi qəbul edib. ArabAZ xəbər verir ki ,görüşdə Şahzadə Türki Səudiyyə Ərəbistanı rəhbərliyinin salamlarını əmirə çatdırıb və bunun müqabilində Şeyx Məşəl Kral Salman və Vəliəhd Şahzadə Məhəmməd bin Salmana salamlarını yetirib.
Şeyx Meşal və Şahzadə Türki Səudiyyə-Küveyt münasibətləri və onların inkişaf etdirilməsi yollarını da müzakirə ediblər.