BEYRUT,ArabAZ
Livan Qüvvələr Partiyasının rəhbəri doktor Samir Caca Livan ərazisində gedən İran-İsrail müharibəsi nəticəsində yaranan təhlükələr haqqıdan açıqlama verib.
ArabAZ xəbər verir ki, o qeyd edib ki, Hizbullahın fəaliyyəti ilə təmsil olunan dövlətçilik konsepsiyası Livanı indiki vəziyyətə gətirib.
“Livan fırtınalı dənizdə kapitansız və sükansız gəmiyə bənzəyir. Bölgədə şiddətli müharibə gedir və Livanda baş verənlər onun fəsillərindən biridir. Müharibə bir tərəfdən İran və onun bölgədəki silahları, bir tərəfdən və regionda toqqoşan maraqlar çox ciddi fasadlara səbəb olub”-deyə o qeyd edib.
Cacaqedy edib ki, Nəsrullaın ölümündən sonra, Hizbullah tam olaraq, İranlı zabitlər vasitəsilə idarə olunur.
“İran öz maraqları üçün son livanlını belə ölümə göndərməyə hazırdır. Qarşıdurmaya indi İran rəhbərlik edir. Buna sübut isə, İranın xarici işlər naziri və parlament sədri bir həftə ərzində Livana səfər etməsidir, hədəf döyüşə nəzarət etməkdir”-deyə bildirib.
Caca, silahlı milislərin ləğvini nəzərdə tutan 1559 saylı qətnamənin icrasını tələb etdiyi üçün ona ünvanlanan bəzi tənqidlərə cavab verir.
“Müharibənin dayandırılması ilə bağlı təklifimizi verdik, lakin bu, onların xoşuna gəlmədi. Təkliflərini bizə təqdim etsinlər. İndiyə qədər Livanda müharibəni necə bitirəcəyini müzakirə edəcək beynəlxalq nümayəndə yoxdur və buna görə də biz bu dağıdıcı müharibəni dayandırmaq üçün hərəkətə keçməliyik.Müharibənin necə başa çatmasından asılı olmayaraq, biz Livanda müharibədən əvvəl mövcud olan vəziyyətə qayıda bilmərik. Bu vəziyyətin bizi hara apardığını gördük və onun davamını qəbul edə bilmərik”-deyə o bildirib.