BAKI,ArabAZ
Dünyanın Fələstin məsələsinə susduğu bir zamanda şeirləri ilə tanınan Mahmud Dərviş bütün dünyanın susduğu qaranlıq bir dövrdə qələmi və şeirləri ilə Fələstin davasının bayraqdarına çevrildi. Sürgündə yaşadığı müddətdə Fələstin xalqının müqavimətini, ağrısını və ümidlərini lirik dillə təsvir edən Dərviş “Fələstin”, “Beyrut qəsidəsi”, “Şəxsiyyət vəsiqəsi”, “Qanadsız sərçələr” kimi bir çox ölməz şeirlər qoyub. Bu şeirlər həm özünün, həm də onun xalqının atıldığı sınaqlı həyatı əks etdiridi.
Mahmud Dərviş 13 mart 1941-ci ildə hazırda İsrail sərhədləri daxilində olan Akko şəhərinin şərqində yerləşən Birve kəndində anadan olub . 1948-ci ildə İsrail-Ərəb müharibəsi zamanı cəmi yeddi yaşında ikən kəndi hücuma məruz qaldıqda ailəsi ilə birlikdə Livana qaçmış və bir müddət oradakı qaçqın düşərgəsində yaşamışdı.
Gənc yaşlarında sürgün həyatı yaşamaq məcburiyyətində qalan Dərviş ailəsi ilə birlikdə Fələstinin şimalındakı Deyrülesed kəndində məskunlaşmalı olub, ailəsi geri qayıtdıqda kəndinin xarabalıqları üzərində yəhudi yaşayış məskənlərinin salındığını görüb. O, daha sonra qaçqın olduğunu aşağıdakı ifadələrlə ifadə edib:
Yaşadığımız torpaqda idik, amma bu dəfə qaçqın kimi. Bu, bizim ümumi təcrübəmiz idi, bu ağrını heç vaxt unutmayacağam.
1960-cı illərdə işğal altındakı Fələstində çiçəklənən müqavimət poeziyasının ən mühüm şairi sayılan Mahmud Dərviş Fələstin xalqının müqavimətini, iztirablarını, ümidlərini şeirlərində lirik bir dillə qələmə alıb.
Burada məktəbə başlayan Dərviş öz şahidi olduğu müharibə və sürgün təcrübəsi ilə kiçik yaşlarından şeir yazmağa başlayıb. O, İsrail Kommunist Partiyasının nəşr etdiyi “əl-Rakka”da, eyni partiyaya yaxınlığı ilə tanınan “əl-İttihad” və “əl-Cedid” qəzetlərində məqalələr dərc edib.
O, fələstinlilərin hər gün üzləşdiyi zorakılıq və təhqirlərə münasibətini şeirləri və iştirak etdiyi hərəkətlərlə göstərib. İsrail ordusu onun şeir gecələrinə getməsinə mane olmağa çalışıb və yaşadığı məhəlləni tərk etməyə icazə verməyib.
İctimai yerlərdə icazəsiz şeir oxuduğu üçün dəfələrlə İsrail hökuməti tərəfindən cəzalandırılan Dərviş 16 yaşında həbsdə olarkən siqaret qutusuna yazdığı “Anamın qəhvəsi üçün darıxıram” misraları ilə başlayan şeirlə şöhrət qazanıb. ” .
Hələ 19 yaşında ikən “Qanadsız quşlar” adlı şeir kitabını nəşr etdirən Dərviş orta təhsilini başa vurduqdan sonra 1961-ci ildə Hayfaya köçür. İşğal əleyhinə söylədiyi sözlərə, şeirlərinə və siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunub, ev dustaqlığında saxlanılıb.
İsrailin zülmünə şeiri ilə cavab verən və getdiyi yerdə bu zülmü izah etməyi özünə borc bilən Dərviş “Şairü’n-nahda” (oyanış şairi) adı ilə tanınır . 22 yaşında ikən yazdığı “Şəxsiyyət sənədi” şeiri , keçidini göstərmədiyi üçün onu dayandıran bir İsrail polisinə xitabən, Fələstin xalqının şəxsiyyət problemi kontekstində azadlıq həsrətinə toxunmaqla yanaşı, həm də onu bütün ərəb dünyasında tanıdıb.
29 yaşında ikən siyasi iqtisad təhsili almaq üçün Moskvaya getdi , lakin arzusunda olduğu Moskvanı tapa bilmədi və geri qayıtdı.
Daha sonra 1971-ci ildə Qahirəyə , Misirə, daha sonra Livana köçdü və burada Fələstin Azadlıq Təşkilatı Araşdırmaları Mərkəzinin direktoru vəzifəsində çalışdı.
Fələstinin xalq şairi Mahmud Dərviş 2008-ci il avqustun 9-da ABŞ-da ürək əməliyyatından sonra 67 yaşında vəfat edib.