BEYRUT,ArabAZ
Fransa prezidenti Emmanuel Makron oktyabrın 28-30-da Mərakeşə rəsmi səfər edəcək.ArabAZ xəbər verir ki, iki ölkə arasında münasibətlər iyul ayında Parisin Mərakeşin mübahisəli “Qərbi Sahara” ərazisi üzərində suverenliyinə verdiyi dəstəkdən sonra yaxşılaşıb.
“Bu səfər köklü və möhkəm tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin dərinliyini əks etdirir”, – deyə Yelisey sarayından veerilən aşıqlamada deyilir. Qeyd edək ki, Fransa prezidenti Makronun separatçıları dəstəkləmək cəhdi yeni deyil. Siyasətdən tamamən uzaq olan və fransızların ərköyün yeniyetmə kimi xaraketirzə etdiyi Makron daha öncə də Azərbaycanın ərazi bütövlüyünə zidd açıqlamalar edərək açıq şəkildə Qarabağ ermənilərinə dəstək verib.
Makron bununla bir daha sübut edib ki, Paris iddia etdiyi kimi demokratiyanın deyil, separatizmin beşiyidir.