Bakı. Arab.AZ
Suriya prezidenti Bəşşar Əsəd silahlı müxalifətin ölkənin paytaxtına yaxınlaşması fonunda ciddi təhlükədə olduğunu bildirib.
Arab.AZ xəbər verir ki, bu barədə Kremlindən verilən açıqlamada bildirilir.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin açıqlamasında “Suriyalılardan çox Suriyalı deyilik” deyib.
Xatırladaq ki, daha öncə Bəşşar Əsəd və ailəsinin ölkədən qaçdığı iddia olunmuşdu. Bu gün Suriya hökümətinə yaxın mənbə bildirib ki, prezident qvardiyası artıq Əsədin iqamətgahında deyil, bu da onun Suriyada olmadığını söyləməyə əsas verir.