Ramallah,ArabAZ

Müharibədən bir il sonra 2007-ci ildən Qəzza zolağına rəhbərlik edən HƏMAS hərəkatının qüdrəti mərkəzlərinin dağıdılması və liderlərinin öldürülməsi ilə azaldı və o, tunellərin içindən müharibə aparmağa məcbur oldu. Bütün bunlara baxmayaraq, HƏMAS hələ də müqavimət göstərir və İsrail ordusunun quru və hava əməliyyatları bunu aradan qaldırmayıb. Bu da  bir gerçəkdir.

Oktyabrın 7-də HƏMAS İsrailə qanlı, qəfil və görünməmiş hücuma keçdi və döyüşçüləri Qəzza zolağı ilə sərhəddəki yaşayış məntəqələrinə və İsrailin mərkəzi və cənub bölgələrinə 5000-ə yaxın raket atdı.
Rəsmi İsrail rəqəmlərinə əsaslanan hesablamalarına görə, hücum 1205 nəfərin ölümü ilə nəticələnib, əksəriyyəti mülki şəxslərdir.

HƏMAS Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail Qəzza zolağına dağıdıcı bombardman kampaniyası və quru hücumu ilə cavab verib və nəticədə əksəriyyəti mülki şəxslər olmaqla ən azı 41 min 467 nəfər ölüb. Avqust ayında İsrail ordusu Qəzzada  17 min fələstinli döyüşçünü öldürdüyünü açıqlamışdı.

HƏMAS hərəkatındakı mənbə “minlərlə müqavimətçinin döyüşlərdə şəhid olduğunu” etiraf edib.
Lakin mənbə əlavə edib ki, “İşğal yalan danışır və rəqəmləri şişirdir və mülki insanları müqavimət döyüşçüləri ilə qarışdırır”.
“İşğalçı İsrail  hər şeyi bildiyini iddia edir. O, oktyabrın 7-də nə bilirdi? Təhlükəsizlik, hərbi və siyasi uğursuzluq və çaşqınlıq… Qırğınlar törətməklə uğursuzluqdan xilas olurlar”-deyə məbnə bildirib.

İsrail HƏMAS liderlərini və fəallarını təqib edərək onların bir çoxunun öldürüldüyünü açıqlayıb.
Müəyyən etdiyi hədəflər arasında 7 oktyabr hücumunu planlaşdırmaqda ittiham etdiyi hərəkatın siyasi bürosunun rəhbəri Yəhya Sinvar və İsrail ordusunun elan etdiyi “Əl-Qəssam Briqadaları”nın komandiri Məhəmməd əl-Deif də var. İsrail Sinvarı hələ də axtarır. Məhəmməd əl-Deif isə Qəzza zolağının cənubundakı Xan Yunisdə hava hücumu nəticəsində həlak olub. Lakin HƏMAS bunu təkzib edib.

Sinvar iyulun 31-də Tehranda İsrailə aid edilən zərbə nəticəsində öldürülən İsmayıl Haniyənin yerinə avqust ayında hərəkatın siyasi bürosunun rəhbəri təyin edilib. Müharibə başlayandan bəri Sinvar ictimaiyyətə görünmür.

HƏMAS hərəkatındakı mənbə Sinvarı qorumaq vəzifəsinin “Əl-Qəssam Briqadalarının xüsusi təhlükəsizlik qrupuna həvalə edildiyini” söyləyərək, Sinvarın gizləndiyi yerdən “hərəkatın siyasi və hərbi qanadlarına rəhbərlik etdiyini” vurğulayır.

Tədqiqatçısı Bruce Hoffman deyir ki, “İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar HƏMAS-a ağır zərbə vurdu. Amma bu, ölümcül zərbə deyil”.

Digər tərəfdən, HƏMAS-ın idarə etdiyi dövlət qurumları ciddi şəkildə iflic vəziyyətinə düşdü və İsrail ordusu bu qurumların əksəriyyətini məhv etdi.

İsrail HƏMAS-ı öz əməliyyatlarını idarə etmək üçün məktəblər, səhiyyə və mülki qurumlardan istifadə etməkdə ittiham edir. Lakin HƏMAS bunu inkar edir.

Müharibə Qəzzada təhlükəsiz yer buraxmadı, əksəriyyəti UNRWA-ya məxsus olan iki yüzdən çox məktəb yüz minlərlə məcburi köçkün üçün sığınacaqlara çevrilib və artıq sağlamlıq mərkəzləri yoxdur.

Qəzzada HƏMAS hökümətinin informasiya direktoru İsmayıl Əl-Təvabta İsrailin bütün universitetləri, sənaye və ticarət obyektlərini, yeganə elektrik stansiyasını, su və kanalizasiya nasoslarını, polis və mülki müdafiə məntəqələrini və həbsxanaları məhv etdiyini açıqlayıb.

İsrail ordusu xəstəxanalar, məktəblər və ibadət yerləri də daxil olmaqla, təxminən 450 min ev və obyekti və Qəzzadakı infrastrukturun 80 faizindən çoxunu tamamilə və ya böyük ölçüdə yarasız hala salıb.

Birləşmiş Millətlər Təşkilatının hesabatlarına görə, İsrailin zərbələri Qəzza zolağında geniş əraziləri dağıntı qalaqlarına çevirib.

BMT-nin Qəzzanı müharibədən əvvəlki vəziyyətinə qaytarmaq üçün “onilliklər çəkəcəyini” bildirib.

Əl-Əzhər Universitetinin siyasi elmlər professoru Muxaymar Əbu Saadanın sözlərinə görə, müharibə və onun fəsadları Qəzza zolağının 2,4 milyonluq əhalisi arasında geniş qəzəb və məyusluğu artırdı, onların üçdə ikisi müharibədən əvvəl yoxsul idi.

Əbu Səada HƏMAS-ın ciddi tənqidlərə məruz qaldığını söyləyərək, “İnanıram ki, xalq müharibə bitdikdən sonra bu fəlakətli vəziyyətə qayıtmağı qəbul etməyəcək”-deyə bildirib.

HƏMAS lideri Taher Əl-Nonoya gəlincə, o hesab edir ki, “HƏMAS hələ də təkcə Qəzzada deyil, Fələstin məsələsində əsas oyunçudur”.

O qeyd edir ki, sərt zərbələr “hərəkatın siyasi fəaliyyətə rəhbərlik etmək və təcavüzlə qarşıdurmanı idarə etmək qabiliyyətinə təsir etmir”.

Keçən iyun ayında Fələstin Siyasət və Sorğu Araşdırmaları Mərkəzinin keçirdiyi rəy sorğusu Qəzzada və İsrailin işğalı altında olan İordan çayının qərb sahilində sorğuda iştirak edənlərin 67 faizi HƏMAS-ın nəhayət İsraili məğlub edəcəyinə inandığını göstərib. Qəzza zolağında bu göstərici faiz 48 faizdir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version