Bakı,ArabAZ
Hizbullahın baş katibi Həsən Nəsrullah bazar günü səhər saatlarında təşkilatın İsrailə qarşı başlatdığı hücumun “əsas hədəfinin” Tel-Əviv şəhəri yaxınlığındakı “Qlilot Hərbi Kəşfiyyat Bazası” olduğunu açıqlayıb. ArabAz xəbər verir ki , buna baxmayaraq, İsrail ordusunun sözçüsü bildirib ki Glilot bazasına heç bir hücum olmayıb.
Digər tərəfdən Nəsrullah da İsrailin Hizbullaha məxsus “minlərlə raket platformasının” məhv edilməsi və minlərlə raketin tutulması ilə bağlı açıqlamalarını “yalan iddia” adlandırıb.